Xatirələrdə qalan ömür

0
47

Şanlı Azərbaycan tarixində öz igidlikləri ilə xalqın yaddaşında qalan bir çox tibb işçiləri olmuşdur. Yardımlı rayonu Porsova kənd tam orta məktəbinin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Cəlil Rəcəbov da öz yazısında bu həssas mövzuya toxunmuşdur. medonline.az saytı həmin yazını  təqdim edir.

“Həyatı dərindən, duymaqdan ötrü,

Min oddan,alovdan keçəsən gərək,

Enişli-yoxuşlu bu yollarda sən,

Yaxşını yamandan seçəsən gərək.

Dünyada heçnə əbədi deyil, Məmməd Araz da deyir: “Əbədiyyə bəh-bəh çəkdi əbədi dünya.” Amma söz əbədidir. Dünyanın başlanğıcı söz olduğu kimi sonu da sözdür.   Söz əbədi olduğu kimi, söz sahilləri də əbədidir. Ömrünü yaşayıb keçmiş, kiminsə haqqında söz deyilirsə o da əbədidir. Bu yazım da el sənətkarı, el üçün yaşayan öz şəfalı əlləri ilə insanları sağlamlığına qovuşduran, heç bir kitab sığmayan elmi biliyi ilə insanlara kömək edən bir tibb işçisi Sarxan Əliyev haqqında danışacağam.  Sərxan kişini mən heç görməmişəm onun haqqında ilk  eşitməm bir təsadüfdən başladı. Mən Yardımlı rayon Porsova kənd tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin olunduğum gün bu məktəbin təqaüddə olan sinif müəllimi Tağıyev Eldar müəllim haqq dünyasına qovuşmuşdu və onun üç mərasimi idi. Mən də kənd camaatına qoşulub məzarı ziyarətə getdim. Ümumi məzarlığa yenicə addım atmışdım ki, iki gəncin məzar daşları diqqətimi çəkdi.Məzar daşlarının hər ikisinin üstündə “Sarxan oğlu”ifadəsi yazılmışdı.Bu ağrılı -acılı valideyn kimdir deyə öz-özümə sual etdim.Görəsən,yaşayırmı? Bu ağrıya necə dözür?Axı valideyn üçün ən böyük dərd övlad acısıdır.Valideyinin ən böyük arzusu övladını yerbəyer etmək,sonda onların çiynində son məzara yola salınmaqdır.Əbəs yerə deyilməyib ki, “Xoşbəxt o valideyndir övlad çiynində getsin,bədbəxt o valideyindir ki,övlad onun çiynində gedir”. Övlad dünyaya gələndə onun uğurları olanda,toy-nişanında valideyn gözaydınlığı  verilir,bu valideyni dünyanın ən xoşbəxt, ən bəxtəvər insanı edir.Çünki övladın valideynə verə biləcəyi təkcə bu kəlmələrdir.Övlad dünyadan köçdükdə isə valideynə başsalığı verilir.Bu çox ağrılı-acılı bir yükdür.Heç bir valideynə  arzulanmayası bir həqiqətdir. Bu fikirlərlə adımlayanda növbəti  məzar daşının yazısını oxudum:”Əliyev Sarxan”.Anladım ki, ata da öz övladını yalnız qoymayıb.Mənimlə yanaşı adımlayan yaşlı insanlardan bu şəxs haqqında soruşdum.Onlar mənə maraqlı sual etdilər.Nədən onu soruşdun? Mən az öncə fikirləşdiklərmi onlara söylədim.Onlar mənə hələ bu kişinin başqa iki gənc oğlunun qara torpağa verdiyini söylədilər.Dərindən bir köks ötürüb sual etdim .Bəs bu acı ilə o kişi necə yaşayırdı?

 -Dediler özünü  kəndinə ,elinə ,hanpasına fəda etməklə. Soruşdum nece?

-Dedilər Sarxan kişi tibb işçisi idi, amma onun bildiklərini bu gün heç tibb professorları da bilmir.Onun insanlara qoyduğu dioqnozu ən müasir aparatlar eyniylə təsdiqləyirdi.

 -Bunu necə edirdi ?-deyə soruşdum.

 -Əlləri ilə xəstənin ağrıyan yerinə toxunmaqla söyləyirdi.Onun yazdığı resept heç bir xəstaxana,heç bir həkim tərəfindən geri qaytarılmırdı.Hər bir həkim təsdiqləyib və hansı professorun yazdığını soruşudular. Qarşılığında bunu  bir tibb içsisi yazıb deyəndə onlar çox təəccüblənib buna inanmaq istəmirdilər .Bəlkə də onlara çox ağır gəlirdi ki,ucqar  dağ kəndində yaşayan  orta təhsilli  bir tibb işçisi onlardan çox bilir və bunu heç bir aparatın köməkliyi ilə yox,zamanında oxuduğu kitabların köməyi və Allahın ona bəxş etdiyi iti zehnin , yaddaşın  vasitəsi ilə bilir.

 Bu qısa danışıq marağımı daha da irəli aparıb bu şəxsiyyəti araşdırmağa sövq etdi.Sonrakı günlər kənd ağsaqqalarından ,onunla yaxşılı-yamanlı ,acılı-şirinli yol qət etmiş keçmiş sənət yoldaşlarından məktəbimizin orta yaş dövrünün yaşayan müəllimlərindən Sarxan kişi haqqında  soruşdum.

 Hər biri öncə bir cavab verdi.

  -Müəllim kaş onu görərdiniz ,deyib sözlərinə davam edirdilər.Heç bir şəxsə fərq qoymadılar (vəzifəsindən,rütbəsindən ,səviyəsindən ,maddi durumundan aslı olmayaraq) onlara can yandırır,bir doğması kimi davranırdı.Aralarında hər hansı bir inciklik olsun,ya  olmasın köməkliyini əsirgəmirdi.Çağışına getdiyi şəxslərdən ehtiyac ummur  və nəsə təklif edildikdə də qəbul etmirdi .O deyirdi:

 -Mən bunu Allah rızası üçün edirəm .Çünki mənə bu yetənəyi O bəxş edib.Onun bəndələrinin  yolunda da sərf edirəm .Nə qədər canımda dözüm ,bədənimdə ruh,dizlərimdə taqət,gözlərimdə nur,barmaqlarımda hissiyat var bu yolu qət edəcəyəm və etdi də.

 Sarxan kişi hər bir vətəndaşın xeyir-şərində canıkönüldən iştirak edirdi. Hər bir insanda bir ağsaqqal kimi ona hörmət edir,hörmətini saxlayır,xətrini əziz tutur və məclislərinin baş tərəfində əyləşdirirdilər.

Sarxan  kişinin dünyadan köçməsi kənd cavanlarını  çox təəssüfləndirib və indi də təəssüfləndirir.Bu gün də kiminsə hər hansı bir yeri ağrıyanda deyir:”Kaş Sarxan kişi sağ olaydı”.

 Yaşlı insanlar isə onun ağsaqqalılığına həsəd aparırlar .Onun hər zaman məclislərdə yerinin görsəndiyini  bildirirlər.

O,övlad acısı çəkməyinə baxmayaraq,hər kəsin övladına öz övladı kimi baxır,onları sevir və xəstələndikdə heç bir dərmanı əsirgəmirdi ki,onlar öz sağlamlığlarına qovuşsunlar.Öz yaşadığlarını Sarxan kişi  heç kimin yaşamasını arzulamırdı.Onun şəfalı əlləri ilə sağlamlığlarına qovuşdurduğu insanlar bu gün onu rəhmətlə anırlar.

 Həyat fəlsəfəsi budur əzəldən,

Aqillər bir ömür yaşayır sadə,

Əsrlər ötsə də,illər keçsə də,

Yaxşılıq yaşayır daim dünyada.

 

Bu dünya nə qədər dolub-boşalmış.

Gül açmış nə qədər arzu diləklə

Kimlərinsə adı daşlarda qalmış .

Kimlərinsə adı neçə ürəkdə

 Sarxan kişinin adı daima ürəklərdədir.Çünki o əsl insandır.Əsl insanlar az-az yetişir.Onlar xalqının,elinin-obasının,kəndinin,hanpasının həyatında,xeirində-şərində,yaxşı yamanında mühüm rol oynayır.Onlara dəstək olur.Necə ki Sarxan kişi ömrünün sonuna kimi bu müqəddəs amala xidmət etdi.Həm də belə insanlar günəşə oxşayır.Günəş doğanda O yanır,işıq saçır ,ürəkləri,şüurları işiqlandırır ,dünyanı boş-əyləncə sayanlara müdriklik öyrədir.Bu günəş Sarxan kişini tanıyanların beynində hələ də sönməyib yanır ,parlayır və parlayacaqda.

 Hər bir insanı 3 amal yaşadır:əməlləri ,əsərləri və övladları.Kim də bu 3 varlığın hər hansı biri varsa o xoşbəxtdir.Sarxan kişi də bunların üçü də var.Əməllərini yuxarıda çox yığcam şəkildə yad etdim.Sarxan kişinin əsərləri isə bu gün onun sayəsində öz sağlamlıqlarına qovuşub həyat sürən insanlardır.

Müasir həyatımızda bu danılmaz həqiqətdir ki, müəyyən xəstəxanalarda həkimlik adına xələl gətirən müəyyən şəxslərin əli ilə ya candan oluruq, ya da canımız yarımçıq olur. Əgər son nəfəsinə kimi Sarxan kişinin əlində azca da olsa xəta olmayıbsa, bu onu daim yaşadacaq xoş əməldir.

Sarxan kişinin şah əsərlərinin üçündən biri də övladlarıdır. Zaman keçdikcə mən onun ailəsini və demək olar ki övladlarının hamısını tanıdım. Sarxan kişinin tanıyanlarının yaddaşında yaşadığını gördümsə, övladlarının isə simasında, davranışlarında, ellər bərabər addım atmalarında, cəmiyyətd özlərinə məxsus yer tutmalarında, tərbiyəli övlad yetişdirmələrində, xoş xasiyyətlərində, gülərüzlərində gördüm. Bir gerçəklik məni çox təəssüfləndirirki iki övlad payı atanın yaşadığı acını yaşayır. Bu hər bir ailə üzvünə çox ağırdır. Nə edəsən bu həyatın acı üzü və acı həqiqətidir.Allah qalanlarını qorusun.

Sarxan kişinin şirin dili, insanları mehribancasına dindirməsi, xeyirxahlığı, gülərüzlülüyü bir ömrə sığmayan ömür gün yoldaşı var. Firayə xala babalarımızdan eşitmişik ki,” kişi ilə qadının torpağı bir yerdən götürülür”,sanki bu bir həqiqətdir. O alicənab şəxsiyyətin həyat yoldaşı onun insanlıq yolunu bu gündə davam etdirir. Allah onu qorusun, məhz övladlarının onun isti nəfəsinə, mehriban baxışına, agbirçəyinə, yolgöstərməyinə, süfrələrinin baş ucunda oturmağına ehtiyacları var.

Sonda deyirəm: Allah Sarxan kişini rəhmət etsin. İllər ötsə də, günlər keçsə də tarix öz şəxsiyyətini yaşadacaq. Ona görə ki onu tarix yaradıb və tarixdə də qalacaq. Nə qədər insan var, insanlıq var,inana zehni var, qədir-qiymət bilən elimiz var Sarxan kişidə olacaq.

Bəşər yaddaşın yazdı- yaratdı,

Dünyaya tək gəlib, tək gedənləri.

Heç torpaq yetirməz, heç ana doğmaz

Dünyaya pak gəlib, pak gedənləri.

Rəcəbov Cəlil Balamirzə oğlu,
Yardımlı rayon Porsava kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin