Dinamik inkişafın Azərbaycan modelinin banisi- İlham Əliyev

0
208

Dünyada su ehtiyatlarının 2%-ə qədəri şirin sulardır ki, bunun da yalnız 0,3%-indən istifadə etmək mümkündür. Şirin su ehtiyatlarından təsərrüfatda (sutəchizatı, suvarma, hidroenergetika, daxili gəmiçilik, balıqçılıq və s.) geniş istifadə olunur. Çayların, göllərin və dənizlərin çirkab sularla xeyli dərəcə çirkləndirilməsi su ehtiyatlarının keyfiyyətinin azalması təhlükəsini yaradır. Azərbaycan Respublikasında su ehtiyatlarının əsas hissəsini çay suları təşkil edir. Buna görə də su ehtiyatlarından səmərəli istifadə etmək, israfcılığın qarşısını almaq, əhali içməli su ilə tam şəkildə təmin etmək dövlətimizin əsas məqsədlərindən biridir.

Zəngin təbii sərvətlərə malik olan respublikamızın şirin su mənbələri azlıq təşkil edir. Hələ ötən əsrin 60-cı illərində paytaxtımız Şollar-Xaçmaz və Ceyranbatan su kəmərləri sistemlərindən faydalanırdı. Ancaq yenə də şəhərdə su qıtlığı hiss olunurdu. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə Abşeron yarımadasının su təchizatının yeni salnaməsi yazılmağa başlandı. Bu dövrdə paytaxtdakı su qıtlığının aradan qaldırılması məqsədilə vacib məsələlərin həllinə start verildi. İlk olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Kür-Bakı su kəmərinin tikintisi reallaşdı. Görülən işin əhəmiyyətini yaxşı başa düşən Ulu Öndər Kür su kəmərinin tikintisində yerli əhalinin də iştirakını vacib hesab edirdi. Bu işlərin birinci hissəsi 1970-1971-ci illərdə yerinə yetirilmiş və I Kür su kəməri istifadəyə verilmişdi. Ceyranbatan su qovşağında 1975-1978-ci illərdə aparılmış yenidənqurma işlərini də xüsusi vurğulamaq lazımdır. Bunun sayəsində regionun içməli su təchizatı xeyli yaxşılaşmış və şəhər əhalisinə suyun verilməsi üçün əlavə imkanlar yaranmışdır.

Bununla yanaşı ölkəmizdə əhalinin hər kecən il artımı şirin suya tələbatını da artırırdı. Məhz Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu sahəyə də dövlətin diqqət və qayğısı hiss olunmağa, qabaqlayıcı tədbirlərin görülməsinə başlandı. Ulu Öndərin layiqli davamcısı Prezident İlham Əliyev bu sahəni tez bir zamanda inkişaf yoluna qoydu. Təsadüfi deyil ki, ölkəmizdə bütün infrastruktur layihələri ardıcıl şəkildə icra olunmaqdadır. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edir.

Enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşdirmə, dünya standartlarına cavab verən yeni avadanlıqların alınması imkan yaratdı ki, biz nəinki özümüzü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təmin edək, həmcinin həmin ederjinin ixracını da bir çox ölkələrə həyata kecirək.30-dan çox elektrik stansyamız enerji təhlükəsizliyini təmin edir. Ölkəmizdə qazlaşdırma 96 faizə çatıb. Bu, dünya miqyasında ən yüksək göstəricilərindən biridir. Nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir.  Avtomobil yollarının keyfiyyətinə görə ölkəmiz 27-ci yerdədir.  Ümumilikdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdə, regionda isə birinci yerdədir.

İçməli su və meliorasiya layihələrinin ölkəmizdə uğurla həyata keçirilməsi bu sahənin də artıq inkişafını sübut edir. Belə ki, 2004-cu ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idisə bu gün artıq 70 faiz səviyyəsindədir.  Bakı şəhərində içməli sudan davamlı şəkildə əhalinin 29 faizi istifadə etdiyi halda bu gün artıq həmin rəqəm təxminən 82 faizə catıbdır. Regionlarda isə əhalinin içməli sudan istifadəsi 9 faizdən 63 faizə yüksəlib. Bütün bunlar cənab Prezident İlham Əliyevin ölkənin infrastrukturunun yaxşılaşdırılması istiqamətində məqsədyönlü siyasətinin nəticəsində baş verib. Bundan əlavə cirkab suların axıdılması, ekologiyaya dəyən ziyanın minimuma endirilməsi, son aylarda ölkə ərazisində quraqlıq nəticəsində Kür çayının su səviyyəsinin aşağı enməsi nəticəsində ortaya cıxan problemlərin aradan qaldırılması istiqamətində qəbul olunan dövlət proqramları, Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqları qarşıya qoyulmuş sosial rifah siyasəti öz axarı ilə davam etməkdədir. Baxmayaraq ki,bir çox inkişaf etmiş  dünya ölkələri COVİD-19 pandemiyasına görə bir sıra sosial-iqtisadi dövlət proqramlarından ya imtina etmiş, ya da onların xərclərini azaltmışlar. Lakin ölkəmizdə Cənab Prezidentin uğurlu inkişaf siyasəti və hər zaman qabaqlayıcı tədbirlərin görülməsi iqtisadiyyatımızın inkişafına gətirib cıxartmışdır. Heç şübhəsiz ortaya cıxan problemlərin həlli yolunda görülən işlər nəticəsində ölkəmiz digər dövlətlərə nisbətən zərərə çox az uğramışdır.

Bu isə ölkəmizdə istənilən sahənin dinamik inkişafının dövlətimizdə daima prioritet mövzu olaraq qalmasını göstərir.

Tural Qasımlı
XƏZƏR RAYON GƏNCİ

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin