“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı onun dostları sosial şəbəkədə paylaşıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov da bildirib ki, hazırda jurnalistin vəziyyəti pisləşib:
“Həkimlər koronavirusdan müalicə aldığı tibb müəssisəsində vəziyyətinin normallaşması üçün əllərindən gələni edirlər. Bu bayram günündə biz jurnalistlər üçün ən böyük hədiyyə Əmrahın durumunun ən yüksək səviyyədə nəzarətə götürülməsi olardı”.
***
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Qafqazinfo”ya bildirib ki, jurnalistin müalicəsi hazırda “Yeni Klinika”da davam etdirilir: “Xəstə süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağır qiymətləndirilir”.
Qeyd edək ki, əvvəl Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri olan Əmrah Fəqanoğlu hazırda İctimai televiziyanın Xəbərlər departamentində işləyir.