Xalq-iqtidar birliyinin təminatçısı – Prezident İlham Əliyev

0
194

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi.Əvvəllər olduğu kimi yenə də Cənab Prezident bir çox mühüm problemlərə toxundu. Bunlardan ən vacibi isə 12 iyulda Ermənistanla sərhəddə baş vermiş hərbi toqquşma haqqında idi.  Ölkə başcısı düşmənin bütün həmlələrinin qarşısının qətiyyətlə alınmasına toxunaraq ordumuzun qüdrətinin hansı səviyyədə olduğunu göstərdi. Həmçinin, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı  ittihamlarının nə qədər məntiqsiz olduğunu bildirdi.

Cənab prezidentin erməni təxribatı nəticəsində şəhid olan general mayor Polad Həşimovun yaxın qohumları ilə telefon əlaqəsi saxlaması haqqında, erməni artilleriyasının qurbanı olan 76 yaşlı ağsaqqal Əziz Əzizovu qeyd etməsi onu göstərdi ki, həm ali baş komandan kimi, həm də prezident kimi hər bir vətəndaşın diqqət və qayğısı ölkə rəhbərinin nəzarətindədir.

Erməni vadalizminin vaxtında və dəqiqliklə qarşısının alınması, erməni cəmiyyətində və siyasi mühitində yaranan çaşqınlıq bir daha onu göstərir ki, biz hər cəhətdən düşməni üstələyirik. Belə ki, Prezident düşmən ölkənin torpaqlarımızı məhz 1992-1993-cü illərdə iqtidarda olanların hakimiyyət daxili mübarizəsindən, nizami ordumuzun olmamasından  faydalanaraq işğal etdiyini bildirdi. Amma, indi qeyd etdiyimiz kimi vəziyyət tam şəkildə dəyişilmişdir. Azərbaycan Respublikasında, artıq əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf yolu onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədəki iqtisadi inkişaf, ictimai sabitlik bunu sübut edir. Ermənistanda isə hərbi xuntanı devirərək demokratiya və sosial rifah nağılları ilə hakimiyyətə gələn Nikol Paşinyan hökümətinin ölkəsində yaratdığı siyasi hərc-mərclik, söz sələfləri kimi hərbi təcavüzkarlıq xətti və möhkəmlənən diktatura dayanır. Bunları bilən cənab Prezident Ermənistanın getdiyi bu yolla heç vaxt inkişaf etməyəcəyini, əksinə daha çox tənəzzülə məruz qalacağını qeyd etdi.

İclas zamanı cənab İlham Əliyevin diplomatiyamıza toxunaraq öz tənqidi fikirlərini bildirməsi, bu sahədə boşluqların olması, ölkəmizin uğurlu inkişafı ilə hazırki diplomatiyamızın uzlaşa bilməməsi, passiv, özünü müdafiə diplomatiya yerinə ölkəmizin daima hücum diplomatiyasına sahib olmalı olduğunu deməsi bu sahədə də tezliklə islahatların olacağı mesajını vətəndaşlara verdi.  Təsadüfi deyil ki, Cənab Prezidəntin yürütdüyü uğurlu xarici siyasəti nəticəsində döyüşlərin başlaması ilə tez bir zamanda ölkəmizə qardaş Türkiyə Respublikası, Pakistan və bir sıra Avropa dövlətləri, həmcinin İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası öz dəstəklərini bildirdilər. Ölkə rəhbəri bütün bunları qeyd etməklə Azərbaycanın bu sahədə haqqlı olduğunu, dünya ölkələrinin ölkəmizin yanında olduğunu hökümət nümayəndələrinin diqqətinə çatdırdı.

Cənab Prezident həmçinin, hər bir vətəndaşı əmin etdi ki, ölkəmizdə ictimai sabitlik daima ən üst səviyyədə qorunacaq. Gənclərin təşkil etdiyi Qarabağ yürüşündə çaxnaşma salmaq istəyən, ölkədəki sabitliyi pozub anarxiya yaratmaq istəyən “5-ci kolon” nümayəndələrinin hər bir üzvünün tapılıb cəzalandırılacaq. Buna hec kim şübhədə etmir, çünki məhz prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə güclü siyasi sistem formalaşıb. Xalq-iqtidar birliyi günü-gündən möhkəmlənir. Bu daxili sistemi zəiflətmək hec bir xarici qüvvənin imkanları daxilində deyildir.

Bunlardan əlavə, cənab Prezidentin ölkəmizdə sosial-iqtisadi inkişafın davamlı olması üçün ortaya çıxan problemlərin vaxtında həll olunması istiqamətində xüsusən də pandemiya ilə mübarizədə və baş vermiş quraqlıq sayəsində ölkə iqtisadiyyatına dəyən ziyanın tezliklə aradan qaldırılması üçün hökümət nümayəndələrinə verdiyi tapşırıqlar bir daha onu göstərir ki, Azərbaycan vətəndaşlarının sosial rifahı daima dövlətin diqqətindədir. Bununla da əminliklə deyə bilərik ki, cənab prezident İlham Əliyevin sədrliyi ilə baş tutan nazirlər kabinetinin iclasında  verdiyi bəyanatlar və tapşırıqlar hər bir ölkə vətəndaşının dövlətə bağlılığını, gələcəyə inamını daha da artmış oldu.

Xəzər rayon sakini,
“Respublika Şəhid Ailələrinə Qayğı Cəmiyyəti”nin,
Gənclər Təşkilatının sədri:

ƏLİZADƏ NURALI MÜŞFİQ OGLU.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin