Ermənistanın 12 iyulda törətdiyi təxribat və onun məkrli siyasəti!

0
176

2020 –ci il iyulun 12-də Ermənistan silahlı qevvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə sərhəddin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqeylərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Həmin təxribata  qarşı Azərbaycan Silahlı Qüvvələrinın  cavab olaraq gördüyü cəza tədbirləri nəticəsində düşmən geri otuzdurulub, yüzdən artıq canlı qüvvəsi və onlarla hərbi texnikası məhv edilib. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu erməni ordusuna böyük itkilər verdirib.

Ermənistan hərbi bölmələrinin Azərbaycan- Ermənistan sərhəddində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönətmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Cünki Ermənistanın mövcud iqtidarının hər kecən gün nüfuzu xalq arasında düşməyə davam edir. Pandemiya ilə mübarizədə erməni siyasi dairələrinin nümayəndəliklərinin qətiyyətsizliyi, onsuzda bərbad durumda olan ölkə iqtisadiyyatının daha da cökməsi, xalqın rifah göstəricisinin aşağı düşməsi erməni cəmiyyəti arasında haqlı narazılıqlar yaradır. Ermənistan hakimiyyətinin təcrübəsiz, populist baş naziri Nikol Paşinyan bütün bunların qarşısını almaq üçün ölkədə faktiki olaraq diktatura qurmuşdur. Avanturist çıxışları ilə erməni xalqını ələ alıb hakimiyyətə gələn Paşınyan artıq verdiyi vədlərin mövcud geosiyasi vəziyyəti nəzərə almadan həyata kecirməyin mümkünsüz olduğunu dərk edir. Buna görədə hər nə olur olsun öz iqtidarını qorumaq üçün insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərinə repressiyaların tətbiq edilməsi onu çox mürəkkəb duruma salıb.  Artıq bütün dünyaya məlumdur ki, Paşinyanın demaqoqcasına vəd etdiyi “çiçəklənmə”  heç vaxt reallaşa bilməz.

N.Paşinyan xarici siyasətdə də uğursuzluğa dücar olub.  Onun Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil etdiyi “seçki” şousu dünya ölkələrindən, həmcinin beynəlxalq təşkilatlardan heç biri tərəfindən tanınmadı əksinə hamı Azərbaycanın ərazi bütövlüyünə öz dəsdəklərini bildirdi.  Bütün bunlar cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata kecirilərn xarici siyasətin sayəsində ölkəmizin xarici arenada nüfuzunun durmadan artmasını bir daha sübut edir. Buna görədə Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə heç vaxt maraqlı olmayıb. Onun təxribatı Qarabağ ərazisində yox məhz ölkənin sərhədlərində törətməsin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətləri də münaqişəyə cəlb etmək və Azərbaycanı təkləmək məqsədi daşıyır, lakin KTMT ölkələri ilə Azərbaycan dövləti arasında güclü iqtisadi əməkdaşlıq və dostluq münasibətləti mövcuddur. Əminik ki, KTMT ölkələri Ermənistanın məkrli niyyətini başa düşürlər

Cənab Prezidentin irəli sürdüyü humanitar əməkdaşlığın, humanist ideyaların təbliği kimi ümumbəşəri dəyərləri beynəlxalq arena tərəfindən dəstəklənməsi ölkəmizin düşmənlərini ən əsas da erməni lobbisini narahat etməyə bilməzdi. Dövlət başçımızın sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanda, xarici ermənipərəst dairələrdə, Azərbaycana qarşı daima qarayaxma kompaniyası aparanlarda böyük narahatlıq doğurdu. Cənab Prezidentin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalcılıq siyasətini və erməni siyasətcilərinin və lobbisinin faşizmə olan sevgisini, faşistlərlə əməkdaşlıq edən erməni tarixi siyasi xadimlərinə ucaltdıqları abidələrilə onların dünyaya olan mövcud təhlükəli mövqeylərini ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qrumlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Bundan başqa Azərbaycan xalqının döyüşlərin başladığı ilk saatlarda həmrəylik nümayiş etdirmələri, cənab Ali Baş Komandanın ətrafında yüksək vətənpərvərlik hisslərilə birləşmələri düşmən qüvvələrin kecən əsrin 90ci illərin əvvəllərində reallaşdırdığı daxili caxnaşmalara bənzər hadisələr yaratmaq cəhdlərinin hal–hazırda qeyri mümkün olduğunu göstərdi. Çünki artıq Azərbaycanın güclü, iradəli, hadisələri vaxtında qiymətləndirən və xalqın sevgisini qazanan rəhbəri və onun qarşıya qoyduğu tapşırıqları vaxtında yerinə yetirən qüdrətli ordusu var.

Bütün bu hadisələrə görə əminliklə deyə bilərik ki, Ermənistan dövləti tam məsuliyyət daşıyır. İnanırıq ki, beynəlxalq ictimaiyyət Ermənistanın bu təxribatını və işğalcılıq siyasətini kəskin şəkildə pisləyəcək.

 

XƏZƏR RAYON SAKİNİ 1992 CİİL XƏZƏR RAYON KÖNÜLLÜ BATALYON KOMANDİRİ

Respublika Şəhid Ailələrinə QAYGI Cəmiyyətinin sədri

AVMVİB nin Respublika üzrə səlahiyyətli nümayəndəsi

ƏLİYEV MÜŞFİQ ƏNVƏR OGLU

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin