Dünya, sərhədsiz elmin acı nəticələrini yaşayır!

0
144

Geridə qoyduğumuz əsrin sonlarına qədər Aristotel məntiqi əski dövrlərdən dövrümüzə qədər dünya fəlsəfəsində hökümranlıq edirdi. O fəlsəfənin kiçik açıqlaması belə idi: yaxşı və pis, ağ və qara, mənfi və müsbət. Yəni, Aritotel deyirdi ki, dünya bu iki qütbün yarış meydanıdır. Bir şey ya yaxşıdır, ya da pis, ya qaradır, ya da ağ və s.
Tələbəlik illərində Ədəbiyyat fakültəsində təhsil alarkən, təhsil sahəmə yaxın olmasa da Lütfi Zadə və Rafiq Əliyevə aid viki məlumatlarla maraqlanır, qeyri səlis məntiq nəzəriyyəsi üzərində düşünür,  dünya elmi tərəqqisi və sərhədsiz inkişaf kimi mövzular ilə dərindən maraqlanırdım. Heç bir sərhəd tanımayaraq inkişaf edən dünya elminin gələcək fəsadları sanki gözümün qabağında canlanırdı.  Doğrudur, bəlkə də bu profisonal proqnozlaşdırma deyildi, çünki təhlillərim çox dar bir elmi coğrafiya üzərində idi, bununla belə hədəfi doğru müəyyənləşdirmişdim.
Zatən, özüm də yaxşı və pis məntiqi ilə razı deyildim, hər hansı bir nəsnə pisdirsə, bütövlükdə pis deyil, ya az pisdi, ya çox pisdi ya da həddindən artıq çox pis. Yaxşıların da hamısı müxtəlif dərəcələrdə yaxşıdır. Az yaxşı, çox yaxşı, lap yaxşı və s.
Bu fəlsəfi düşüncələr girdabında düşünərkən, Nizami Gəncəvidən belə bir misra ilə qarşılaşdım.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.

Düşünürəm ki,  Nizami də, yaxşı və pislər içərisində nisbiliyin tərəfdarı idi. Xülasə, 21-ci əsrin 20-ci illərini yaşadığımız  bir dövrdə bir zamanlar düşündüyüm və kortəbii olaraq proqnozlaşdırdığım qara buludlar bəşəriyyətin başının üstündə dayanmağa başladı. Hazırda insanı robotlaşdırmaq planını cızırlar. Mən buna tərbiyyəsiz elm deyərdim.  Bir zamanlar bəzi elmi təəssübkeşlər Şərqin, ümumən İslam coğrafiyasının elmsizliyindən, geriliyindən danışırdılar.
Qarşılığında elmdə Qərb dövlətləri elə bir yüksəlişə nail oldu ki, artıq bəşəriyyət sərhədsiz elmin fəsadlarını yaşamaqdadır. Kimyəvi-bioloji silahlar, hədsiz internet sürəti, əxlaqsız robot nəsli kimi bir sıra nümunələri göstərmək olar.  Atom bombasının kəşfindən bügünki çağdaş elmi texniki tərəqqiyə qədər tam əminliklə demək olar ki, dünya elmi güc strukturlarına xidmət etdi, güclülərin əlində cəmlənərək zəifləri əzmək vasitəsi oldu. Təəssüflə qeyd edə bilərəm ki, qarşımızdakı 21-ci yüzillik istiqamətsiz və tərbiyyələnməmiş elmin qanadları üzərindədir. Cəmiyyəti hansı dağdan götürüb hansı qayaya cırpacaq bilmirəm, amma yüz faiz istiqamətsiz elmin geniş qanadlarında çırpılmağa hazır olaq. Sonda bütün yüzilliklər üçün daima muasir olan Məhəmməd Füzulidən günümüzü ifadə edəcək bir nümunə vermək istəyirəm. Hələ 15-16 cı yüzillikdə Şeyx Füzuli belə deyirdi:

Ey müəllim, aləti-təzviridir əşrarə elm,
Qılma əhli-məkrə təlimi-məarif,zinhar
Hiylə üçün elm təlimin qılan müfsidlərə,
Qətliam üçün verir cəlladə tiği abidar.

Füzuli, müəllimə müraciətində belə deyirdi. Hiylə əhlinə elm öyrətmə. Hiyləgərə elm öyrətmək cəlladın əlinə qətl törətmək üşün silah verməyə bənzəyir.
Necə ki, dünya elmi indi o cəlladların əlindədir. Qətl olunan da bəşəriyyətdir. Sonumuz xeyirli olsun!

Amid Xurşudzadə: Araşdırmaçı-jurnalist

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin