“TƏBİB” in qaynar xəttində bizi barmaqlarına dolayıblar!”

0
171
“TƏBİB” in qaynar xəttində bizi barmaqlarına dolayıblar!”
Bunu “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, “medonline.az” saytının və “Ana harayı” qəzetinin baş redaktoru Şamil Sabiroğlu şəxsi “Facebook” səhifəsində paylaşdığı statusunda deyib.
Müharibə veteranı və jurnalist Şamil Sabiroğlu qeyd edib:
“Ən azı 5 iş günü ərzində TƏBİB-in tabeçiliyində olan 012-310-07-70 şəhər nömrəsinə və 1542 qaynar xəttinə zəng vurub dərdimizi deyə bilmirik. Azərbaycanın Səhiyyə naziri, övladı ermənilərin müdafiəçisi olan Oktay Şirəliyev bu xalqa az zülm etməmişdi. İndi də “TƏBİB”-in İdarə Heyətinin sədri Ramin Bayramlının komandası anamızı ağlar qoyub.
Məlumat verirəm ki, 3 gün öncə onların e-mailinə yazdığım məktub da cavablandırılmayıb. Hazırda baldızım və onun qızı koronavirus diaqnozu ilə Bakıdakı xəstəxanalardan birində müalicə olunur. Bir sözlə, mən, “TƏBİB”in iş fəaliyyətini bəyənmirəm.”
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin