Mingəçevirdə koronavirusa yeni yoluxma halı qeydə alınıb

0
30

Mingəçevirdə koronovirus infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb.

medonline.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Validə Məmmədova məlumat verib.

Validə Məmmədova bildirib ki, xəstələrdən Covid-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 şəxs, müalicə olunması üçün Goranboy Rayon Mərkəzi xəstəxanasına göndərilib. Vəziyyətləri normaldı.

Hazırki dövrədək Mingəçevir ərazisində 30 nəfərdə koronovirus infeksiyasına yoluxma faktı müəyyən edilib. Onların bir qismi müalicə olunaraq evlərinə buraxılıb. Bugünə kimi virusa yoluxmuş xəstlərdən dünyasını dəyişən olmayıb. Mingəçevirli xəstələr xüsusi rejimli Ağdaş, Goranboy və Şəmkir rayon xəstəxanalarında müalicə olunurlar. Ən yaşlı Covid-19 -a yoluxmuş Mingəçevir sakinin yaşı 75 dir.

Mingəçevir xüsusi karantin rejimin ən tez yumşaldıldığı şəhərlərdən biridir. Lakin buna baxmayaraq yeni yoluxma hallarına hələ də rast gəlinir. Buna səbəb isə əhalinin bu məsləyə laqeyd yanaşmasıdır. Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemioloji şöbəsinin müdiri İlqar Həsənov sakinləri koronovirus infeksiyası ilə mübarizədə diqqətli olmağa çağırıb.

“Bu mübarizə birlik tələb edir. Hər bir vətəndaş məsuliyyətini dərk edib, ictimai yerlərdə, insanların çoxluq təşkil etdiyi məkanlarda uzun müddətli qalmamalı, lazım olmadıqca evdən çıxmamalı və ən əsası şəxsi gigiyenik qaydalara riayət etməli, müntəzəm gigiyenik vasitələrdən istifadə etməlidir. Yalnız bu zaman yoluxma halları azalar. Yoluxmalar azaldıqca virusun ömrü sona yetəcəkdir” .

Nübar Novruzova,

medonline.az saytının xüsusi müxbiri.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin