Elçin Quliyevin DTX tərəfindən saxlanılan müavini kimdir?

0
7

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

medonline.az DTX-nın rəsmi saytına istinadən xəbər verir ki, cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin Lənkəran, Nefçtala və Xaçmaz rayonlarında Sahil Mühafizə İdarələrinin rəislərinin qanuna zidd əməlllər törətməsi barədə məlumat yayılmışdı.

Bəs Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müavini, Sahil Mühafizəsinin rəhbəri Əfqan Vəli oğlu Nağıyev kimidr? Onun barəsində açıq mənbələrdə geniş informasiyanın olmamasına rəğmən generalın Sahil Mühafizəsinə uzun illər rəhbərlik etdiyi məlumdur. O həmçinin, Xəzər dənizində keçirilən hərbi təlimlərə rəhbərlik edib

Əfqan Nağıyevin general leytenat rütbəsini 2018-ci il avqusutun 16-da aldığı da məlumdur.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi 2005-ci il 18 ferval tarixində Azərbaycan prezidentinin sərəncamı ilə yaradılıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin