Mərkəzi Bankın sədri: İcbari sığortanın genişlənməsi üçün addımlar atılacaq

0
9

Ölkədə icbari sığortanın genişlənməsi üçün addımlar atılacaq.

Medonline.az AZƏRTAC-a istinad edərək xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 13-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, sığorta sahəsində uzun müddətdir problemlər var. Sığorta sektoru çox zəif inkişaf edib, əhalinin və biznesin risklərini əhatə edə bilmir. Ona görə də dövrü olaraq problemlər yaşanır. Sığorta sektorunun dövlət mülkiyyəti, biznes və əhalinin əhatə olunması istiqamətində proqramlar var. Pandemiya ilə bağlı bəzi addımlar təxirə salınsa da, bu məsələ diqqət mərkəzindədir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin