“Himayə olmasaydı, bunca qanunsuzluğa cəsarət etməzdilər”

0
16

Azərbaycanda son vaxtlar fəaliyyətində ciddi qanunsuzluğa yol verən məmurların həbsi prosesi davam edir.

medonline.az xəbər verir ki, Moderator.az-a açıqlamasında bu həbslərə münasibət bildirən ADP sədri Sərdar Cəlaloğlu, məsələ ilə bağlı maraqlı fikirlər səslənirib. Partiya sədri ictimai nəzarəti gücləndirməyin vacibliyi ilə yanaşı, harınlamış məmurların bu cəsarəti necə, hardan almasınada aydınlıq gətirib:

“Təbii ki, bu kimineqativ halların baş verməsini önləmək, şəffaflığı təmin etmək üçün ictimai nəzarətin mövcudluğu zəruridir. Lakin bu nəzarət həqiqətən də ictimai nəzarət institutları tərəfindən həyata keçirilməlidir.

Son vaxtlar bir sıra məmurların həbsi reallaşdı və proses davam edir. Görünən odur ki, həbs edilənlərin aqibətindən digər məmurlar nəticə çıxarmır. Bunun səbəbi onların kimlərsə tərəfindən himayə olunmasıdır. Əgər bu məmurları himayə edənləri olmasaydı, onlar bunca qanunsuzluğa cəsarət etməzdilər.

Bu adamların qohumları,qardaşları müxtəlif vəzifələrdə təmsil olunur. Həmin məmurları arxayın salan,onlara cəsarət verən də məhz budur”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin