“Siz çıxış edəndə onun mərsiyələri yada düşür”-Vitse-spikerdən deputata

0
32

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deputat Razi Nurullayevi bələdiyyələrin fəaliyyəti ilə bağlı çıxışına görə tənqid edib.

medonline.az xəbər verir ki, F. İbrahimli qeyd edib ki, onun 20 illik  siyasi fəaliyyəti bələdiyyələrlə bağlı olub: “Sizin bu çıxışınız bələdiyyələrin fəaliyyətinə bütövlükdə kölgə salır. Eyni zamanda mənim də fəaliyyətimə. Danışanda bir az diqqətli olsun. Qüsur və nöqsanlar da var. Bu qüsurların üzərinə gedən deputatlar var. Sizin çıxışınız bir mərsiyyəçi vardı, ona bənzəyir. Sizin adınız Razidir, onun adı isə Racid. Siz hər dəfə çıxış edəndə onun mərsiyələri yada düşür”.

Deputat Razi Nurullayev çıxışında bələdiyyələrin işinin ancaq torpaq satmaqdan ibarət olduğunu vurğulayıb. Onlar və arxasında dayananlar haqqında ciddi ölçü götürülməsini xahiş edib. O həmçinin əlavə edib ki, bələdiyyələr bu gün başıqapazlı quruma çevrilib:

“Bələdiyyə sədrləri icra başçıları ilə razılaşmaya gedir, onların əlaltısına çevrilir. Bələdiyyələr elan edir ki, bu işləri daxili vəsait hesabına edirik. Daxili vəsait nə deməkdir?”.

R. Nurullayev F. İbrahimliyə belə reaksiya verib: “Mən təəssüf edirəm, Fəzail müəllim, bu sözləri sizə yaraşdırmadım”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin