Millət vəkili: “190 manatın verilməsində insanların böyük qismi narazı qaldı”

0
24
“Pandemiya davam etsə, çox güman ki, dövlət daşçısı tərəfindən əlavə tədbirlər görüləcək, müəyyən göstərişlər veriləcək”.
medonline.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov işsiz vətəndaşlara 190 manat birdəfəlik yardımın verilməsi prosesindən narazı qalan vətəndaşlardan danışarkən deyib.
Deputat vurğulayıb ki, bu proseslə bağlı şikayətlər hədsiz dərəcədə çoxdur:
“Narazılarla bağlı hər hansı qərarın verilməsi ümumi vəziyyətdən asılıdır. Pandemiya davam etsə, çox güman ki, dövlət daşçısı tərəfindən əlavə tədbirlər görücək, müəyyən göstərişlər veriləcək. 190 manatla əlaqədar edilən şikayətlərin ardı-arası kəsilmir. Hətta bizə də şikayətlər daxil olur. Müəyyən qrup insanlar dövlətin yardımını ala bilmədi. Düşünürəm ki, əvvəldən bu məsələ ilə bağlı ciddi araşdırma aparılmalı, işsizlərin, ehtiyacı olanların siyahısı tutulmalı idi. Amma bu edilmədi və insanların bir qismi də narazı qaldı”.
Vahid Əhmədovun fikrincə, bu məsələdə yeganə müsbət hal 190 manat birdəfəlik yardım prosesinin verilməsinin başa çatmasıdır:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi siyahını da verib. 190 manat almayanlar, vəziyyətdən çıxa bilməyənlərin yəqin ki, probleminə baxıla bilər. Çünki hələ pandemiya davam edir”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pandemiya ilə əlaqədar mühüm sosial dəstək proqramlarından biri olan birdəfəlik ödəmə proqramı üzrə 600 min şəxsin müəyyən edilməsi və onlara aprel ayına dair ödənişlərin olunması prosesinin yekunlaşdığını açıqlayıb.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin