Tanınmış jurnalist Əflatun Amaşovun doğum günüdür!

0
47

Əflatun Amaşov 26 aprel 1957-ci ildə  Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.  1974-cü ildə Faxralı kənd orta məktəbini bitirən Əflatun 1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.  Bu ali təhsil ocağını müvəffəqiyyətlə bitirən Əflatun müəllim  “AzərTAC” Dövlət Teleqraf Agentliyində müxtəlif vəzifələrdə çalışmışdır.  Ə.Amaşov, uzun müddət “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri  vəzifəsini icra etmişdir. Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. Hazırda isə Azərbaycan Respublikası Mətbuat Şurasının sədridir.

26 aprel – Azərbaycan mətbuat tarixində öz imzası olan Əflatun Amaşovun doğum günüdür. Dəyərli Əflatun müəllimi bu əlamətdar gün münasibəti ilə təbrik edirik. Gələcək həyatında və işlərində uğurlar arzulayırıq.

                 Səmimi hörmətlə,

   “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, 

  “medonline.az” saytının baş redaktoru, “Tərəqqi”medalının və “Azərbaycan Xalq

   Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının mükafatçısı,

   müharibə veteranı:             Şamil Sabiroğlu

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin