Nazirlər Kabineti: “Sonrakı mərhələyə keçid 27 aprel yumşaldılmasından asılı olacaq”

0
12
“Hər şey 27 aprel-karantin rejimində yumşalmaya gedəndən sonra bəlli olacaq. Əgər yumşalmadan sonra koronavirusa yoluxma dinamikasında artım olarsa, o zaman sərtləşmə tədbirlərinə yenidən qayıda bilərik. Bir sözlə, sonrakı mərhələyə keçid 27 aprel yumşaldılmasından asılı olacaq”.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq,Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.
İ. Məmmədov qeyd edib ki, yumşalma rejiminin tətbiqi zamanı bir çox ölkələrin təcrübəsi nəzərə alınıb:
“Almaniyada yumşalmadan sonra yoluxma sayı artıb, amma İranda azalma davam edir. İranda iki mərhələdə yumşalmaya gedilib. 11-17 apreldə İranda yumşalmanın birinci mərhələsi idi. Qaydaların tətbiqilə virusa yoluxma dinamikasında azalma davam etdiyindən, 18 apreldən karantin rejiminin yumşalmasının ikinci mərhələsinə keçdilər. İnşallah bizdə də 27 apreldən sonra yoluxma dinamikasında azalma olar və tədricən həyat öz axarına qayıdar”.
Hökumət rəsmisi sonrakı mərhələlərdə Azərbaycanda hansı yumşaldılmaya gediləcəyi barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəyini qeyd edib.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərfindən qəbuledilmiş qərara əsasən, 27 apreldən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin