Birinci vitse-prezidentdən Ramazan təbriki

0
74

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibəti ilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

medonline.az xəbər verir ki, Birinci vitse-prezidentin “Instagram” akkauntunda yer alan paylaşımda deyilir:

“Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram! Allah orucunuzu qəbul etsin!

Искренне поздравляю весь азербайджанский народ и всех мусульман мира по случаю начала благословенного месяца Рамазан, проникнутого самыми добрыми и светлыми чувствами и олицетворяющего торжество добра, милосердия и сострадания! Верю, что в этот священный месяц все наши молитвы и пожелания будут услышаны и Всевышний одарит наш мир своим милосердием. Желаю каждому из вас крепкого здоровья! Да примет Аллах ваш пост!”

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin