ABŞ ÜST-na ayrılan pulları başqa təşkilatlara verəcək

0
13

Amerika Birləşmiş Ştatları Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ayırlması nəzərdə tutulan vəsaiti səhiyyə ilə məşğul olan qeyri-hökumət təşkilatlarına yönəltmək niyyətindədir.

medonline.az “Report”a istinad edərək xəbər verir ki, bu barədə “Washington Post” qəzeti ABŞ Dövlət Departamentinin işçilərinə göndərilən sənədə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Dövlət katibi, Dövlət Departamentindən və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən ÜST istisna olmaqla, beynəlxalq yardım proqramlarının alternativ icraçılarının tapılması və onların bu işlərə cəlb edilməsini istəyib.

Qəzet mənbələrinə görə, ABŞ prezidenti Donald Tramp və müşavirləri Ümumdünya Səhiyyə Təşkilatını bir neçə cəbhədə arxa plana keçirmək üçün “pərdə arxasında” iş görürlər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin