Bakıda yaşayan aztəminatlı ailələrə ərzaq yardımı çatdırıldı

0
27

Dünyanı ağuşuna alan yeni növ koronavirus xəstəliyi ölkəmizin də ictimai-sosial həyatına manelər törədib. Cənab Prezident İlham Əliyevin pandemiya dövründə verdiyi qərar və sərəncamlar  ölkənin görünməz bəladan az ziyanla çıxmasına zəmin yaratmışdır. Dövlətə  dəstək olaraq imkanlı, xeyirxah şəxslər aztəminatlı ailələrə, imkansız şəxslərə maddi və ərzaq yardımı edirlər.

Son həftə ərzində Azərbaycan Respublikası “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədovanın, həmin Təşkilatın sədr müavini Dilbər Sultanovanın, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” ictimai birliyinin sədri Arzu Bağırovanın, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmovun və  “Xocalı Soyqırımını Tanıtma” ictmai birliyi fəallarının təşkilatçılığı ilə bir qrup imkansız ailəyə ərzaq yardımı çatdırılıb. Təmənnasız ərzaq yardımı paylayanların arasında xeyriyyəçi xanım Hacıxanım Kifayət Qərənizadənin də xidməti misilsizdir.

                                Şamil Sabiroğlu,

Sənan İmanov.

Bakı, 25.04.2020.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin