Gülşən Calal qızı Hüseynova Ağdam rayonunda doğulub. Hazırda Nərimanov rayonundakı A.Mustafayev adına 202 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi işləyir. Gülşən xanım həm də “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin idarə heyətinin üzvüdür. Gülşən xanım Cənab Prezident İlham Əliyevin COVİD19 pandemiyasına qarşı həyata keçirdiyi tədbirlərə dəstək göstərir. O, bu günlərdə şəxsi vəsaiti hesabına 1000 ədəd maska tikdirmiş və əhaliyə paylamışdır. Həmçinin Gülşən müəllim, şagirdləri ilə birlikdə insanları evdə qalmağa, koronavirusdan qorunmağa səsləyən videoçarx hazırlamışdır. Videoçarxı təqdim edirik.
Şamil Sabiroğlu,
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri