Azərbaycan Mərkəzi Bankı 5 tender keçirir

0
61

Azərbaycan Mərkəzi Bankı (AMB) inzibati binalarında quraşdırılmış yanğınsöndürmə qurğularına sistem və avadanlıqların (1), isitmə-soyutma-havalandırma, su-kanal sistemi avadanlıqlarının (2), elektrik avadanlıqlarına texniki xidmətin (3), mərkəzi ofisi və Əli Əliyev küçəsi, 10 ünvanında yerləşən inzibati binasında təmir-bərpa işlərinin (4), stil mallarının (5) satın alınması üçün açıq tendelər elan edib.

medonline.az “Report”a istinad edərək xəbər verirki, tenderdə iştirak haqqı hər lot üzrə 50 manatdır.

Mikro, kiçik və orta sahibkarlıq subyektləri ilkin sənədləri mayın 12-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 21-nə qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun İnformasiya texnologiyaları departamentinin əməkdaşı Elman Muradovdur. Telefon: (012) 493-11-22 (daxili 499).

Nəticələr mayın 21-də, saat 15:00-da dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) açıqlanacaq . İş Lot1, Lot 2, Lot 3 və Lot 5 üzrə ən geci 1 il müddətində, Lot 4 üzrə isə 90 gün müddətində təhvil verilməlidir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin