Jurnalist xeyriyyəçi xanıma müraciət etdi

0
101

Respublikamız ərazisində yayılan COVİD19 pandemiyası ilə əlaqədar xeyirxah insanlar aztəminatlı ailələrə yardım kompaniyasını həyata keçirir. Bu xeyirxah insanlardan biri də “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova və “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədrinin müavini ictimai fəal Dilbər Sultanovadır. Mahirə xanım  xeyirxah əməlləri ilə 100-lərlə ailənin ümid yeri olmuşdur. Mahirə xanım karantin zamanı da ailələrə maddi köməklik göstərir. Jurnalist Türkanə Səfərova xeyriyyəçi xanıma müraciət edərək Cəbrayıl rayonundan olan ailəyə yardım edilməsini xahiş etmişdir. Jurnalistin müraciətini müsbət cavab verən Mahirə xanım anında ailəyə yardım etmişdir. Mahirə xanıma bu xeyirxah əməllərinə görə təşəkkür edirik. Ona kariyerasında uğurlar arzulayırıq.

Türkanə Səfərova,

medonline.az saytının xüsusi müxbiri

 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin