Az QMƏVŞAİB-nin Cəbrayıl  rayon filialı xeyirxah əməllərini davam etdirir

0
509

2001-ci ildə Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin tövsiyyəsi ilə yaradılan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Cəbrayıl  rayon filialının sədri Səbuhi İbrahim oğlu Hüseynov hər zaman el obasının yanındadır. Səbuhi İbrahim oğlu 1992 -1994 cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Səbuhi müəllim qazilərə, şəhid ailələrinə mütamadi olaraq yardımlar edir. Bu nəcib əməldə hər zaman Səbuhi müəllimin döyüşçü dostları, həmçinin birliyin üzvləri II qrup müharibə əlili Məmmədov Mahir Əbülfət oğlu, II qrup müharibə əlili Babayev Ceyhun Ayaz oğlu, II qrup müharibə əlili Babayev Kənan Qəhraman oğlu tək əldən səs çıxmaz prinsipinə söykənərək, hər zaman Səbuhi müəllimin yanında olublar.

Səbuhi müəllimin sədrlik etdiyi filialın kollektivi ənənəvi olaraq şəhidlərin il dönümlərində, qazilərin doğum günlərində ailələri ziyarət edirlər.

Gənclərin vətənpərvər ruhda böyüdülməsində ictimai birlik danılmaz rola malikdir. Tədris müəssələrində, gənclərin olduğu digər məkanlarda keçirdikləri tədbirlər bunun bariz nümunəsidir.

İctimai birlik dünyada koronavirusun tüğyan etdiyi bir zamanda hər zamankı kimi az təminatlı şəhid ailələrinin, qazilərin yanındadır. Xeyir əməllərini xalqımızdan əsigəməyən  Səbuhi müəllimə yerli, həmçinin xaricdə yaşayan xeyixah insanlar da dəstək olur.

“medonline.az”a verilən məlumata görə, pandemiyanın yayıldığı gündən etibarən ictimai birlik xeyirxah addımlarını daha da genişləndirmişdir.  Birliyin fəalları hər gün 100-lərlə aztəminatlı ailəyə yardımlar edirlər.

“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyin sədri Mehdi Mehdiyevə, eyni zamanda təşkilatın Cəbrayıl  rayon filialının sədri Səbuhi Hüseynova xeyirxah əməllərində  uğurlar diləyirik. Bir gün Qarabağa qayıdacağımıza, inanırıq.  Buna, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!”  ifadəsi əsas verir.

Türkanə Səfərova,

“medonline.az” saytının xüsusi müxbiri

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin