TƏBİB-in İdarə Heyətinin sədri: Xaricdə təhsil alan tibb işçilərinin ölkəmizdə çalışmaları üçün hər cür şərait yaradılıb

0
38

Xaricdə təhsil alan tibb işçilərinin ölkəmizdə çalışmaları üçün hər cür şərait yaradılıb.

medonline.az AZƏRTAC-a istinad edərək xəbər verir ki,  bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bildirib.

Sədr qeyd edib ki, xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində Türkiyədə tədris keçən 764 nəfərdən 560-ı tibbi təhsilə yiyələnib. Onların 384-ü rezidentura, 173-ü baza ali tibb təhsili, 3 nəfəri magistratura, 16 nəfəri isə doktorantura təhsili alıb. Həmkarlarımızın Azərbaycanda çalışmaları üçün çox gözəl şərait yaradılıb. “Arzu edirəm ki, gənclərimiz bu üçaylıq layihənin sonunda Azərbaycanda çalışmaq qərarı verəcəklər”, – o əlavə edib.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin