Qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət pandemiyanın mənfi təsirlərinin qarşısını vaxtında almağa imkan verdi

0
41

2020-ci il Azərbaycan üçün uğurla başlayıb və inkişaf, tərəqqi müşahidə olunub. Cari ilin ilk aylarının göstəriciləri bir daha sübut edir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Lakin o da bəllidir ki, bütün dünya iqtisadiyyatı üçün böyük problem olan koronavirus pandemiyası Azərbaycanın iqtisadi inkişafına da öz təsirini göstərdi.

medonline.az AZƏRTAC-a istinadla bildirir ki, açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, pandemiyanın mənfi təsirlərinin qarşısını almaq üçün ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarətdə saxlanıldı, dünyanın inkişaf etmiş ölkələrində meydana çıxan sosial-iqtisadi problemlərin Azərbaycanda daha dərin müşahidə edilməsinə imkan verilmədi. İnkişaf etmiş ölkələrin təcrübəsi onun göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Amma çox sevindirici haldır ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusla mübarizə sahəsində bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə olub və nəticədə vəziyyəti nəzarət altında saxlamaq mümkünləşib. Təsadüfi də deyil ki, bir neçə ölkə artıq Azərbaycanın təcrübəsindən yararlanır.

“Prezident İlham Əliyevin addımları və qərarları bir daha sübut edir ki, dövlət üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan Prezidentinə ünvanlanan çoxsaylı müraciətlər vətəndaşların görülən işləri yüksək qiymətləndirdiyini nümayiş etdirir. Bütün dünya şahiddir ki, Azərbaycanda dövlət mövcud vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərini həll edir. Böyük məbləğdə vəsait ayrılıb, 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir, onların maaşlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Həmçinin işsizlərlə bağlı problemlər öz həllini tapır və işini itirənlər artıq öz adlarını kütləvi surətdə “e-sosial.az” saytında qeydiyyata salırlar. Bu məqamda qeyd edim ki, deputat qərargahımda “e-sosial.az” saytında qeydiyyatdan keçmək üçün rayon sakinləri üçün online xidmət mərkəzi də yaradılıb. Bu günə qədər online rejimdə rayonun 100-dək sakininə “e-sosial.az” saytında qeydiyyatdan keçməyə köməklik edilib.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, pandemiya dövründə atılan addımlar, görülən işlər Azərbaycanın həmişə olduğu kimi öz gücünə arxalandığını isbatladı: “Artıq uzun illərdir ki, həm siyasi, həm iqtisadi sahələrdə, sosial məsələlərin həlli istiqamətində Azərbaycan heç kimdən asılı olmadığını sübut edib. Elə pandemiyanın yaratdığı çətin vəziyyətdən şərəflə çıxmaq bir daha göstərəcək ki, bütün addımlar düşünülmüş addımlardır və xalqın, dövlətin maraqlarına uyğundur, Azərbaycan qüdrətli dövlətdir, Prezident İlham Əliyev isə bu xalqın, dövlətin xilaskarıdır”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin