ABŞ-ın neft ehtiyatları artır

0
16

Birləşmiş Ştatların xam neft ehtiyatları kəskin artıb.

medonline.az AZƏRTAC-a istinadla xəbər verir ki,   bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 19,2 milyon barrel (4 faiz) artaraq 503,6 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 11,7 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 15,2 milyon barrel çoxalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 635 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 4,9 milyon barrel (1,9 faiz) artaraq 262,2 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 6,4 milyon barrel çoxalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 10,5 milyon barrel artmışdı.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin