Rostovda yaşayan sahibkar imkansız ailələrə yardım etdi

1
147

Başqalarına fayda gətirmək özü-özlüyündə bir xeyirxahlıqdır, məqsəddir. Qürbət ölkədə yaşamasına baxmayaraq azərbaycanlılar öz ali məqsədlərini vətəndən kənarda da yerinə yetirirlər. Belə ki, Koronavirus pandemiyasının bütün dünyada tüyğan etdiyi bir vaxtda Rusiyanın Rostov vilayətinin Aksay rayonunda yaşayan sahibkar Leyla Əhmədova  karantin günlərində evdə qalan, köməyə ehtiyacı olan aztəminatlı ailələri yaddan çıxartmayıb.

medonline.az xəbər verir ki, xeyirxah, sosial təşəbbüsü həyata keçirən Leyla Əhmədova  Rostov vilayətində yaşayan 300 imkansız ailənin ərzaq ehtiyacını qarşılamaqla onların sevincinə səbəb olmuşdur. L.Əhmədova ilə birlikdə Seymur Xanızadə(Şəmkir), Məzahir Yusubov(Göyçay), Amil Abdullayev, Tahir Əhmədov(Gürcüstan, Borçalı mahalı), Elnur Beyləqanlı, Kamran Borçalı kimi səxavətli və imkanlı soydaşlarımız da bu kompaniyada ürəklə iştirak etmişlər.

Əslən Gürcüstanın Borçalı mahalından olan sahibkar Leyla Şəmşi qızı Əhmədova 33 ildir Rostov vilayətində yaşayır. Leyla xanım Rostov vilayəti Regional Milli-Mədəni Muxtariyyəti Aksay təşkilatının sədri, eyni zamanda Azərbaycan Respublikasının “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin səlahiyyətli nümayəndəsidir.

Şamil Sabiroğlu,

Çingiz Bayramov,

“medonline.az” saytının xüsusi müxbirləri.

14.04.2020.

 

PAYLAŞ

1 comment

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin