İngiltərə Premyer Liqası bərpa olunur

0
12
İngiltərədə futbol mövsümü iyunun 6-da bərpa edilə bilər.
medonline.az  ESPN-ə istinadən xəbər verir ki, Premyer Liqa, Çempionşip, Liqa 1 və Liqa 2 rəsmiləri mövsümün yenidən davam etdirilməsi üçün 6 iyun variantı üzərində dayanıblar. İlk növbədə klublar üç həftə davam edəcək hazırlıq dönəmindən keçməli olacaqlar.
Matçların bağlı qapılar arxasında oynanılacağı gözlənilir. Daha əvvəl Premyer Liqada qalan 92 görüşün yayda beş həftə ərzində keçiriləcəyi bildirilmişdi. Hər komandanın həftədə ən azı iki oyun keçirməsi təklif olunub.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin