Azərbaycanda daha 50 nəfərdə koronavirus aşkarlandı

0
35
Azərbaycanda daha 50 nəfər koronavirus infeksiyasına yoluxub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycan 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
“COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1955-ci il təvəllüdlü vətəndaş vəfat edib.
“Hazırkı dövrədək ölkəmizdə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 289 nəfəri müalicə olunaraq sağalmış, 12 nəfər vəfat etmiş, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Müxtəlif karantin zonalarına yerləşdirilən 2373 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir”, – məlumatda qeyd olunur.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin