“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi maddi yardım kompaniyası həyata keçirir

0
164

“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədrinin müavini Dilbər Sultanova ictimai birliyin keçirdiyi yardım kompaniyasından danışdı.

“Dünyanı ağuşuna almış COVİD19 pandemiyası ile mübarizə, dövlətimizlə bərabər sadə vətəndaşlarında gündəlik vacib məsələlərindən biridir. Dövlət rəhbərimiz yaranmış bu çətin vəziyyətdən ölkə əhalisinin minumum zərərlə çıxması üçün lazımi tapşırıqlarını verib, ehtiyyat fondundan lazımi qədər maddi vəsait ayıraraq xalqımızın sağlamlığının qorunması yolunda bütün vasitələrindən istifadə edir. Belə bir həssas dönəmdə dövlətimizin apardığı siyasətə dəstək olaraq, iş adamları, sahibkarlar, o cümlədən sadə zəhmətkeş insanlar az təminatlı ailələrə və yaşlı vətəndaşları hər zaman diqqətdə saxlayaraq maddi və mənəvi dəstək olurlar. Çətin günün ömrü az olar devizi altında əl tutmaq Əlidən qalıb missiyasını yerinə yetirən belə sahibkarlardan biridə “Yeni Yurd Sosial İnkişaf” ictimai birliyinin sədri, Mahirə Əsədovadır. Xeyriyyəçi Mahirə xanım hər zaman oldugu kimi pandemiya mübarizə dövründə də xeyir əmələrindən qalmayaraq, az təminatlı, imkansız 100 ailəyə gündəlik təlabatlarını ödəyəcək maddi yardım edib. Kampaniya çərçivəsində edilən yardımların paylanmasinda şəxsən mən də  iştirak edirdim. Aprel 11-də Abşeron rayon  Saray qəsəbəsində olduq,  az təminatlı ailələrin qapısını döyüb maddi yardımımızı etdik.  Allahin izni ilə missiyamiz davam etməkdədir. Ehtiyacı olan ailələrin her zamankı kimi bu gündə yaninda olan Mahirə Əsədova #bizbirlikdegucluyuk deyərək növbəti qapılari açacaqdir. Yetərki siz #evdeqalin #saglamqalin. Sabahımız üçün bu gün evdə qalın. 

medonline.az

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin