Azərbaycan və Rusiya XİN başçıları COVID-19 pandemiyasını müzakirə etdilər

0
35

Aprelin 13-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

medonline.az “Report”a istinad edərək xəbər verir ki, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlər üzrə ətraflı müzakirələr aparıblar.

Nazirlər hər iki ölkənin COVID-19 pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı fikir mübadiləsi həyata keçiriblər.

Mövcud vəziyyətdə iki ölkə sərhədində olan vəziyyət müzakirə olunub və tərəflər vurğulayıblar ki, müvəqqəti olaraq sərhədlərin bağlanılması hər hansı bir şəkildə iki ölkə arasında, eyni zamanda digər ölkələrə münasibətdə beynəlxalq yük daşımalarına təsir göstərməyəcək.

Xarici işlər nazirləri həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə, o cümlədən münaqişənin həlli istiqamətində atıla biləcək addımlar barədə fikir mübadiləsi həyata keçiriblər.

Nazirlər COVID-19 pandemiyası ilə bağlı vəziyyət aradan qaldırıldıqdan sonra məsləhətləşmələri davam etdirməyi razılaşdırıblar.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin