Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı qardaşlardan nümunəvi addım

0
138

“Başqalarına fayda gətirmək niyyətində olan hərəkətlərlə əlaqəli düşüncələr, hisslər və inanclardır. Başqalarına fayda gətirmək özü-özlüyündə bir məqsəddir.” Qürbət ölkədə olmasına baxmayraq azərbaycanlılar öz ali məqsədlərini vətəndən kənarda da yerinə yetirirlər. Beləki, Koronovirus pandemiyasının bütün dünyada tüyğan etdiyi bir vaxtda ürəyi Allah eşqi ilə döyünən əməlisaleh soydaşlarımız Rəhmli və Mərhəmətli olan Allahın adı ilə yola çıxaraq karantin günlərində evdəqalan, köməyə möhtac və aztəminatlı ailələri yaddan çıxartmayıblar.

medonline.az xəbər verir ki, ” Əhl Əl Beyt” Elmi-Mədəni Mərkəzinin rəhbəri Salmanov İlqar, onun qardaşı Salmanov Vüqar və mərkəzin digər nümayəndələri Sankt-Peterburq şəhərində yaşayan imkansız 36 ailəyə ərzaq yardımı paylayıblar. Xeyirxah, sosial təşəbbüsə qoşulan qardaşlar bir neçə imkansız ailənin ərzaq ehtiyacını qarşılamaqla onların sevincinə səbəb olublar. Bununla da dünyada yaşayan insanlara sosial çağırış ünvanlamış olurlar ki, dünyamızın xilası yalnız Allaha və onun yaratdığına sevgidə,birlik, mərhəmət və xeyirxah əməldədir.

 

Nübar Novruzova,

medonline.az saytının müxbiri.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin