Azərbaycan Tibb Universitetində dərslər onlayn şəklində davam etdirilir

0
103

Bütün dünyanı lərzəyə gətirən Koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi. Azərbaycan Respublikasının Prezidenti hələlik elmə məlum olmayan bu virusla mübarizə məqsədilə xüsusi Fond yaratdı. Ölkə ərazisində dərslər dayandırıldı. Son günlər bəzi təhsil müəsisələrində olduğu kimi, Azərbaycan Tibb Universitetində də dərslər onlayn surətdə davam etdirilir. Biz, Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və Tibbi Terminologiya Kafedrasının müdiri, Akademik Vaqif Şadlınski ilə telefon əlaqəsi saxladıq. O, dedi:
– Rəhbərlik etdiyim ATU İnsan Anatomiyası və Tibbi Terminologiya Kafedrasının Professor və müəllim heyəti 10 gündən artıq müddətdə dərsləri onlayn surətdə keçir. Həqiqətən də tədrisin keyfiyyəti aşağı düşməmiş, hətta, hazırda öz ölkələrində olan əcnəbi tələbələrin də bu prosesə qoşulması təmin edilmişdir. Dərslərə davamiyyət ATU-nun Rektoru, Prof.Gəray Gəraybəyli tərəfindən nəzarət olunur. Universitet rəhbərliyi dərslərin mərhələli şəkildə və onlayn şəklində aparılması üçün tapşırıq verib.
Akademik Vaqif Şadlınski dedi: “Biz, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında koronavirusla mübarizədə görülən qabaqlayıcı tədbirləri dəstəkləyirik.Əminik ki, ölkəmiz bu ağır sınaqdan alnıaçıq-üzüağ çıxacaqdır.
Söhbəti yazdı: Şamil Sabiroğlu,
“medonline.az” saytının xüsusi müxbiri,
“Tərəqqi”medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi(1918-2018)”
yubiley medalının mükafatçısı, müharibə veteranı.
Bakı, 04.04.2020.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin