Marneuli rayonunda 90 mindən çox insan tibbi müayinədən keçirilib

0
10

Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda insanların koronavirusla əlaqədar termoskrininq metodu ilə tibbi müayinəsi davam edir. Artıq 92 min nəfərin hərarəti ölçülüb.

medonline.az AZERTAC-a istinad edərək xəbər verir ki,  bu barədə Marneulinin meri Zaur Darğallı məlumat verib.

Onun sözlərinə görə, müayinə olunmuş insanlardan 6 nəfər səhra hospitalına yerləşdirilib və onların koronavirusla bağlı testlərinin nəticələri gözlənilir.

Z.Darğallı qeyd edib ki, Marneuli əhalisinin ərzaq məhsulları ilə təminatında heç bir problem yoxdur.

O, ötən gün tətbiqinə başlanılan komendant saatında Marneulidə vəziyyətin sakit olduğunu bildirib.

Marneulinin əhalisi 100 mindən çoxdur və onların 85 faizini azərbaycanlılar təşkil edir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin