Rusiyanın Rostov-don şəhərində Azərbaycan toyu!

0
11

Dəyərli dostlar, Rostov vilayətinin Aksay rayonunda yaşayan sahibkar xanım Leyla Şəmşi qızı Əhmədovanın dəvətilə bu il martın 16-19-u arası vilayət ərazisində keçirilən Novruz bayramı şənliklərində iştirak etdik. Özümüzlə apardığımız hədiyyələri Rostov Vilayətinin və Aksay rayonunun rəhbərliyinə, eyni zamanda, tədbirin təşkilatçılarına təqdim etdik. Nümayəndə heyətinin rəhbəri olaraq, Rostov vilayəti Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Vaqif Mustafayevə, Rostov vilayəti Regional Milli-Mədəni Muxtariyyətinin Aksay rayon Təşkilatının rəhbəri xanım Leyla Əhmədovaya, həmçşinin, tədbirlərin yüksək səviyyədə işıqlandırılmasını təmin edən Rostov Tele-Radio Şirkətinin rəhbərliyinə təşəkkür edirəm.Bilirsiniz ki, 1941-1945-ci illərdə baş vermiş və tarixə Böyük Vətən müharibəsi kimi düşmüş amansız savaşda 600.000 (altı yüz min) nəfərdən çox Azərbaycan vətəndaşı iştirak edib. Onlardan 350.000 (üç yüz əlli min nəfər) insan qanlı döyüşlərdə həlak olub. Amansız müharibədə “416-cı Taqanroq Diviziyası” nın şəxsi heyətinin də özünəməxsus rolu var. Biz, Rostov vilayəti Regional Milli-Mədəni Muxtariyyəti rəhbərliyinin dəvətilə Taqanroq şəhərinin düşmən tapdağından azad edilməsində rolu olan soydaşlarımızın əziz xatirəsinə ucaldılan möhtəşəm abidəni ziyarət etdik. Həmçinin, Rostov vilayəti Regional Milli-Mədəni Muxtariyyəti Taqanroq şəhər Şöbəsinin rəhbəri Tacəddin İbrahimovun başçılığı altında təşkil edilən Novruz şənliklərində iştirak etdik. İşgüzar xanım Leyla Əhmədovanın dəvətilə Rostov vilayətində əslən Gürcüstanın Borçalı bölgəsindən olan Ramiz bəyin azyaşlı övladları-Əhməd və Eşqinin kiçik toy məclisində iştirak və çıxış etdik. Məni sevindirən o idi ki, müəyyən səbəblərdən ölkəmizdən kənarda yaşayan və işləyən insanlar bir-birlərinə dəstək olurlar.Biz, ilk növbədə, bu dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Respublikanın Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya təşəkkür edirik. Rostov Vilayətində insanların işlə təmin olunmaları üçün çalışan Kərim Kazımoviç Babayev, Leyla Şəmşi qızı Əhmədova, həmçinin, Vaqif Rza oğlu Mustafayev, Zərdab rayonundan olan Natiq, Cavid və Sadiq qardaşları, adlarını qeyd edə bilmədiyim digər dostlar, var olsun.

Biz, birlikdə güclüyük!

Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “medonline.az” saytının baş redaktoru, müharibə veteranı, jurnalist: Şamil Sabiroğlu

Bakı, 26.03.2020.

 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin