Diaspor fəallarımız “medonline.az” saytına müsahibə verdilər

0
17

Azərbaycan adını ləyaqətlə yaşadanlar! Dünyanın əksər ölkələrində yaşayan soydaşlarımız ana dilimizin, mədəniyyətimizin varlığı üçün əllərindən gələni əsirgəmirlər. Rusiya Federasiyasının Rostov vilayətində yaşayan soydaşlarımız da milli adət-ənələrimizi yaşatmağa çalışırlar. Təxmini məlumatlara görə vilayətdə 45.000(qırx beş min) nəfər azərbaycanlı yaşayır. 1941-1945-ci illərdə baş vermiş və tarixə Böyük Vətən müharibəsi kimi düşmüş amansız müharibənin Sovetlər İttifaqının qələbəsilə başa çatmasında Azərbaycan neftinin, o cümlədən də soydaşlarımızın da gərgin zəhmətləri vardır. Bu yaxınlarda Rostov vilayətinin Aksay rayonunda fəaliyyət göstərən sahibkar xanım Leyla Şəmşi qızı Əhmədovanın Regional Milli-Mədəni Muxtariyyəti Aksay rayon şöbəsinin sədri seçilməsi haqda məlumat aldım. Çox sevindim.Çünki, Leyla xanım, bu vilayətdə yaşayan əksər azərbaycanlıların ümid yeridir. Leyla Əhmədova həm 20 Yanvar faciəsinin, həm də Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar Bakıda keçirilən anma mərasimlərinə qatıldı. O, Rostov vilayətində yaşayan və peşəkar şəkildə idmanla məşğul olan 8 azyaşlı soydaşımızı da özüylə Bakıya gətirmişdi. Leyla Əhmədova məni və digər əqidə dostlarımı 2020-ci il martın 17-19-da Rostov vilayətində keçiriləcək Novruz şənliklərinə dəvət etdi. Mən, martın 15-də 8 nəfərlik heyətlə Rostov vilayətinə yola düşdüm. Martın 17-də Rostov-don şəhərindəki V.İ.Lenin adına Mədəniyyət Evində keçirilən tədbir möhtəşəmliyi ilə başqalarından fərqlənirdi. Tədbirdə Rostov vilayəti rəhbərliyinin, digər millətlərin nümayəndələrinin iştirakı hədsiz sevincimizə şərik oldu. Biz, bayram tədbirindən sonra vilayətdə yaşayan əksər millətlərin nümayəndələri ilə həmsöhbət olduq. Hamı azərbaycanlıların istiqanlı olmasından, insanpərvərliyindən danışdı. Mən, “medonline.az”saytının əməkdaşları-Samir Ələkbərov, Türkanə Səfərova və Allahverdi Allahverdiyev ilə birgə Rostov vilayəti Regional Milli-Mədəni Muxtariyyəti Aksay rayon şöbəsinin sədri xanım Leyla Şəmşi qızı Əhmədova, diaspor fəalları-Şahin Köçəri oğlu Hüseynov, Atif Mirhəmid oğlu Məmmədov, Tahir Məhəmməd oğlu Əhmədov, Elçin Ələkbər oğlu Hüseynov, Seymur Fəxrəddin oğlu Xanızadə ilə hömsöbət olduq. Leyla xanım 3 ay öncə Rostov vilayəti Regional Milli-Mədəni Muxtariyyəti Aksay rayon şöbəsinin sədri seçilib. Ali təhsilli hüquqşünasdır, 3 övladı, 6 nəvəsi var. Leyla xanım Rostov vilayətində yaşayan əksər soydaşlarımızın ümid yeridir. Müsahibəni Sizə təqdim edirik!

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin