Dinara Bayramlı kimi gənclərə çox böyük ehtiyac var!

0
134

Bayramlı –Abbasova Dinara Dmitriy qızı 1993-cü il iyul ayının 8-də Bakı şəhərində anadan olmuşdur. Dinara 1998-ci ildə idmanın akrobatika növü ilə məşğul olmuş və qısa zamanda uğurlu nəticələr əldə etməyə başlamışdır.
Dinara xanım 1998-2008-ci illər ərzində dəfələrlə akrobatika üzrə Azərbaycan Respublikasının çempionu adını qazanmışdır. Akrobatika ilə məşğul olduğu illərdə ölkəmizi müxtəlif beynəlxalq yarışlarda təmsil etmış, üçrəngli qürur mənbəyimizi beynəlxalq arenalarda yüksəklərə qaldıraraq Dövlət Himnimizin səsləndirilməsinə səbəb olmuşdur. 2005-ci ildə 12 yaşlı Dinara İdman Ustası adına layiq görülüb.
2010-cu ildə tam orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Dillər Universitetinin (ADU) tərcüməçilik fakültəsinə qəbul olmuşdur. Tələbəlik illərində ictimai fəaliyyətlə məşğul olan Dinara bu istiqamətdə də uğurlara imza atır. O, tezliklə “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin (GİB) sədr olaraq fəaliyyətini davam etdirdi. QHT rəhbəri olaraq bir neçə tədbirlər, seminarlar və layihələr həyata keçirmişdir.
Dinara xanımın həyatında ikinci mərhələ 2016-ci ildən başlayır. O, Basketbol üzrə məşqçi Urfan Bayramlı ilə ailə həyatı qurur. Urfan da Dinara xanım kimi, idman sahəsində tanınmış və uğurlara imza atmış bir şəxsdir. O, T.İsmayılov adına 6 nömrəli məktəb-liseyində idman müəllimi olaraq çalışır. Ölkəmiz də basketbol üzrə beynəlxalq dərəcəli hakim adına layiq görülmuş 5 şəxsdən biri də məhz Urfan Bayramlıdır.
Dinara xanım QHT sektorunda uğurlu fəaliyyətinə görə dəfələrlə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən, “Azərbaycan Könüllülük Xidməti” proqramı çərçivəsində Milli Akkreditasiya Sertifikatı, İdman müəllimi olaraq 2015-ci ildə gördüyü işlərə görə təşəkkürnamə ilə tətif olunub. İctimai təşkilat olaraq dəfələrlə aztəminatlı ailələr üçün aksiyalar keçirib, şəhidlərin tanıdılması haqqında silsilə tədbirlər həyata keçirib.
Hazırda sosial və ictimai fəaliyyətini davam etdir

ir və bununla birgə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində idman müəllimi olaraq çalışır.

Şamil Sabiroğlu,
Sənan İmanov.
Bakı, 07.03.2020.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin