Rostovdan gələn qonaqların Azərbaycan səfəri başa çatıb

0
282

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu və Türkanə Səfərovanın dəvəti ilə Rusiyanın Rostov-Don vilayətinin diasporun nümayəndəsi Leyla xanım Əhmədova və bir qrup azyaşlı idmançı Bakıda səfərdə olub. Səfər Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsinə təsadüf edib.

medonline.az xəbər verir ki, on günlük səfər zamanı  qonaqlar  Şamil Sabiroğlunun və komandasının iştirakı və təşəbbüsü ilə Bakı şəhərinin bir sıra ümumtəhsil müəssisələrində Xocalı soyqırımı ilə əlaqədar tədbirlərdə iştirak ediblər. Rusiyada yaşayan azərbaycanlılar adından xalqımızın dərdinə şərik olublar.

Qonaqlar “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkil etdiyi tədbirlərdə fəla iştirak ediblər. Onlar,  Müdafiə Nazirliyin N saylı Hərbi hissəsində,  “ZE Academy”Tədris Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi , M.Hacıyev adına 116 saylı tam orta məktəb, Şuşa şəhər N.Gəncəvi adına 4 saylı tam orta məktəb, Laçın şəhər 1 nömrəli tam  orta məktəblərinin təşkil etdiyi Xocalı Soyqırımın 28-ci ildönümü ilə bağlı tədbirlərdə iştirakvə çıxış ediblər.

Azərbaycan Respublikası Milli Məclisin deputatı Adil Əliyev Rusiya Federasıyasından təşrif buyurmuş əslən azərbaycanlı idmaçıları qəbul edib və  Rostov-Don vilayətinin diasporun rəsmisi Leyla Əhmədovanı və idmançıları Azərbaycanın Rusiyada tanıdılmasında müstəsna xidmətlərinə görə  fəxri diplomlarla təltif edib.

 İctimai Birliyin nümayəndələrinin təşəbbüsü ilə Rusiyalı qonaqların  Gənclər və İdman Nazirliyin şöbə müdiri Fərid Mansurovla da görürşü təşkil olunub.

Qaaydasız döyüş üzrə Avropa və Rusiya Çempionu, “Mercedes Benz Klub”-nun direktoru  Azad Məmmədov əslən azərbaycanlı azyaşlı idmançıları qəbul edib və klub adından idmançıları həvəsləndirmək və dəstək məqsədilə hədiyyələr və diplomlar təqdim olunub.

Qaydasız döyüş üzrə 8 yaşlı idmançı Ələkbər Hüseynovun  ölkə idmançıları “dostluq görüşü” keçirilib. Yarışda 25 kqlıq çəki ilə həmyaşıdlarına qalib gələrərək 1-ci yerə layiq görülüb.

Türkanə Səfərova,

medonline.az saytının xüsusi müxbiri.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin