274 saylı tam orta məktəbdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildi

0
275

Hər il ağrısı ürəkləri sızıldadan , damla-damla qanımıza hopan , Xocalı faciəsi yaddaşımızı , xatirələrimizi təzələməkdə davam edir. Çunki, heç nəyi “Unutmadıq, unutmayacağıq!”

medonline.az xəbər verir ki, E.Şirəliyev adına 274 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Müşfiqə Baladdinqızının təşkilatçılığı ilə Xocalı soyqırımının anım gününə həsr edilmiş “Unutmadıq, unutmayacağıq” başlığı altında tədbir keçirilib. Tədbirdə məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri , müharibə veteranı, Prezident mükafatçısı, tanınmış jurnalist Şamil Sabir oğlu Ələkbərli,   Mersedens-Benz Azərbaycan Klubunun direktoru , qaydasız döyüş üzrə dəfələrlə ölkə çempionu və Ümumittifaq yarışlarının qalibi, 2 dəfə Rusiya çempionu, Qarabağ qazisi Azad Məmmədov, erməni əsirliyində 8 gün böyük işgəncələrə məruz qalmış Hüseynağa Quliyev ,   “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin üzvü , medonline.az saytının xüsusi müxbiri   Nübar Novruzova    iştirak ediblər.

Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.  Məktəbin direktoru Səfa Xəlilov çıxış edərək tədbiri açıq elan etdi.

Tədbirdə iştirak edən “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri , müharibə veteranı, prezident mükafatçısı, tanınmış jurnalist Şamil Sabiroğlu Ələkbərli, ictimai birliyin üzvü , medonline.az saytının xüsusi müxbiri Nübar Novruzova , Mersedens-Benz Azərbaycan Klubunun direktoru , qaydasız döyüş üzrə dəfələrlə ölkə çempionu və Ümumittifaq yarışlarının qalibi, 2 dəfə Rusiya çempionu ,Qarabağ qazisi Azad Məmmədov, erməni əsirliyində 8 gün böyük işgəncələrə məruz qalmış Hüseynağa Quliyevin hadisələrin şahidi kimi çıxışı şagirdlərin diqqətini cəlb etdi. Azərbaycan Milli Qəhrəmanı Çingiz Mustafayevin kadrları əsasında hazırlanmış Xocalı videoçarx nümayiş etdirildi.

Məktəbin şagirdləri Ayhan və Fəqanın ifasında “Qalanı xatirədir” , “Qatar” muğamı üzərində bayatılar ifa etdilər. Şagirdlər növbəti çıxışında “Ana heykəli” kompozisiyası nümayiş olundu və sonda əsgərlərin çıxışı ilə tədbir yekunlaşdı.

Tədbirdə istifadə olunan şeirlər və kompozisiyalar məktəbin ibtidai sinif müəllimi Müşfiqə Baladdinqızına məxsusdur.

Nübar Novruzova,

şəkillər müəllifə məxsusdur.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin