“Biz, soyqırım və terrora Yox deyirik! adlı film nümayiş olunub

0
131

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.

Anım tədbirində  Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri, polis General-mayoru Səhlab Bağırov, “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin sədri, müharibə veteranı, Xocalı soyqırımının şahidi, tanınmış jurnalist Şamil Sabiroğlu, Azərbaycan Tibb Universitetinin Rektorunun müşaviri, Professor Mübariz Allahverdiyev, 8 gün erməni əsirliyində işgəncələrə məruz qalmış Hüseynağa Quliyev, Azərbaycan Dillər Universitetinin dosenti, şair-publisist Yusif Savalan, habelə, Çevik Polis Alayının şəxsi heyəti iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəqlik sükutla yad edildikdən sonra “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin sədri, Xocalı terrorunu əks etdirən bir neçə fotoların müəllifi və soyqırəm barəsində ilkin rəqəmləri doğru şəkildə çatdıran jurnalist Şamil Sabiroğlu çıxışında bildirdi ki, “Mən, Xocalı şəhərinin erməni terroristlərinin hücumuna məruz qaldığı zaman “Səhər” qəzetində müxbir vəzifəsində çalışırdım. 26-sı səhəri gördüklərimdən  aydın oldu ki, Xocalı artıq işğal olunub və itkilərimiz çoxdur. Baş verənlərdən dəhşətə gəlmişdim.Vətəndaşlıq borcumu yerinə yetirərək yaralıları, meyitləri daşımağa çalışırdım. Gördüklərimi hər kəs görsün deyə bu vəhşiliyi bacardığım qədər fotolentə aldım.

O, zaman Naxçıvanikdə baş həkim vəzifəsində çalışan Mübariz Allahverdiyev 26 fevral tarixini dərin kədərlə xatırlayaraq bildirdi ki, Erməni silahlı dəstələrinin və 366-cı motoatıcı alayının şəxsi heyəti də daxil olmaqla 1992-ci ilin fevralında Xocalı şəhərində törətdikləri cinayət əsl vandalizmdi. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı dünya tarixində yaddaşlardan heç vaxt silinməyəcək.

Şair-publisist Yusif Savalan Xocalı soyqırımından bəhs edən şeirini söylədi.

Ermənistanın işğalçılıq siyasəti, habelə Xocalı qətliamından bəhs edən, Millət vəkillərinin Xocalı soyqırımı və dünyada törədilən terrorlar haqda söylədikləri ifadələrindən, həmçinin 1992-ci il 26 fevralında baş vermiş Xocalı qətliamını əks etdirən, ideya müəllifi və layihə rəhbəri Şamil Sabiroğlu olan “Biz, soyqırım və terrora  Yox deyirik! adlı sənədli film nümayiş olundu. Tədbir iştirakçıları Xocalı soyqırımını əks etdirən dəhşətli kadrları ürək ağrısı ilə seyr etdilər. Sonda xatirə şəkili çəkildi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin