Orta ümumtəhsil məktəbində soyqırım qurbanları yad edildi!

0
125

Bakıdakı Murad Hacıyev adına 116 saylı tam orta məktəbdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı harayı”adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Gülnaz Kərimova, “Xocalı Soyqırımını  Tanıtma” ictimai birliyinin sədri, müharibə veteranı, tanınmış jurnalist Şamil Sabiroğlu, Xocalı sakini, 8 gün erməni əsirliyində olmuş Hüseynağa Quliyev, məktəbin müəllim və şagird heyəti iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Sonra Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcıları Rəvan Kərimov və Güllü Pənahova Xocalı soyqırımı haqqda ümumi məlumat verdilər. Məktəbin direktoru Gülnaz Kərimova Xocalı soyqırımı barəsində həqiqətləri danışmaq üçün sözü Şamil Sabiroğluna verdi. Müharibə veteranı, jurnalist Şamil Sabiroğlu faciəni ürək ağrısı ilə tədbir iştirakçılarının nəzərinə çatdırdı. O, dedi:

 “Mən 26 fevral səhər tezdən Xocalıda yaşananları gördükdən sonra Mərkəzə xəbər verməyi qərara aldım. Çünki, deyildiyi kimi həmin gün 2 nəfər yox, yüzlərlə soydaşımız qətlə yetirilmişdi.” Ermənilərin əsrlərdi davam edən məkrli siyasətinin davamı kimi  məhz azərbaycanlı, müsəlman olduğumuz üçün  həyata keçirilən Xocalı soyqırımı ilə Azərbaycan xalqının gözünü qorxutmaq, onun əzmini qırmaq məqsədi daşıyırdı. Hüseynağa Quliyev də həmin Xocalı ədalətsizliyinin qurbanlarından biridir. Hüseynağa və onun anası, həyat yoldaşı, həmçinin, əkiz uşaqları girov götürüblər. Hüseynağa 8 gün əsirlikdə qalır. Olmazın təhqirlərə, işgəncələrə, həqarətlərə məruz qalsa da satqınlıq edib erməni terrorçularının dediklərini etmir. Hətta onu körpə uşaqlarını öldürməklə hədələyir, ağız-burnunu küt alətlə vurub partladır, barmaqlarını,qabırğalarını sındırırlar. Əsirlikdən sonra onun öldüyünü düşünüb  meyitxanaya aparırlar. Lakin, Hüseynağanın anası onun ölmədiyini hiss edir. Yalnız 6 ay Bakıda müalicə olunduqdan sonra özünə gəlir. Hüseynağa Quliyev çıxışında əsirlikdə özünün və digər Xocalıların başına gətirilən işgəncələrdən danışarkən çətinlik çəkirdi.

Hacıyev adına 116 saylı tam orta məktəbin xor kollektivinin ifa etdiyi milli vətənpərvərlik ruhunda mahnılar gələcəyin yetirmələrini vətənpərvərliyə, azadlığa, səsləyirdi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Məlikovanın təşkilatçılığı ilə VII,VIII,XI sinif şagirdlərinin hazırladığı  Xocalı soyqırımını əks etdirən kompozisiya tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənildi.

Sənan İmanov,

Nübar Novruzova,

“medonlineaz” saytının xüsusi müxbirləri.

Fotolar Nübar Novruzovaya məxsusdur.

Bakı, 24.02.2020.

 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin