Xocalı soyqırımının 28-ci il dönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

0
290

“ZE ACADEMY” Tədris Mərkəzində mərkəzin rəhbəri Məmmədov Elnur və onun xanımı Cavadova Ziba xanımın təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunmuş “Xocalı faciəsi.Unutmadıq! Unutmarıq!” adlı tədbir keçirilib.

medonline.az xəbər verir ki, Tədbirdə “ZE ACADEMY” Tədris mərkəzinin rəhbərliyi, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri , Qarabağ veteranı,jurnalist Şamil Sabiroğlu, Xocalı soyqırımının şahidi, Xocalı sakini Sevinc Vəliyeva və Rusiyanın Rostov-Don vilayətinin Aksay şəhəri üzrə diasporanın və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Rostov-Don vilayəti üzrə nümayəndəsi Leyla Əhmədova iştirak edib.

Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.  Daha sonra faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı Leyla Fətullayeva Xocalı soyqırımı barədə geniş məlumat verərək bildirdi ki, Xocalı soyqırımı XX əsrdə xalqımızın başına gətirilmiş ən böyük müsibətlərdən biridir.

Şamil Sabiroğlu Xocalıda baş verən həqiqətləri çatdıran ilk jurnalist kimi çıxış edərək 26-sı fevral 1992-ci ildə Xocalıda yaşananlar barədə ətraflı danışdı. Şamil Sabiroğlu bugünümüzə qədər gəlib çatan Xocalı faciəsini əks etdirən fotoların müəllifi olaraq danışdıqca o günlərə geri döndükcə həmin acıları təkrar yaşadığını dilə gətirdi. “Xocalı soyqırımı baş verən mən “Səhər”qəzetində Qarabağ bürosu üzrə müxbir işləyirdim. Xocalıya hücum zamanını bugünə kimi xatırlayıram. Dəhşətli gecənin sabahı mən Bakıya zəng edib itgilərin çox olması barədə məlumat verməli oldum. Qanlar içində yatan, yandırılmış, bədəninin müxtəlif üzvləri kəsilmiş, dəlmə-deşik edilmiş insan cəsədləri gözümün önündən getmir. Girov götürülmüş qız-gəlinlərimizi xilas etmək üçün biz də bir neçə erməni qadınını saxlamışdıq. Lakin bizim soydaşlarımız əsirlikdə olmazın işgəncələrə məruz qaldı. Xocalı soyqırımının qurbanlarının qisası alınmayanacan bizə rahatçılıq yoxdur. Əgər bir gün savaş olarsa mən, Şamil Sabiroğlu döyüş meydanında ya qazi, ya da şəhid olacam” deyərək çıxışını sonlandırdı.

Rusiyanın Rostov-Don vilayətinin Aksay şəhəri üzrə diasporanın və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Rostov-Don vilayəti üzrə nümayəndəsi əslən azərbaycanlı olan Leyla Əhmədova çıxışında bildirdi ki, Azərbaycan xalqı üçün əhəmiyyətli olan tarixi günlərin unudulmaması üçün hər il müntəzəm olaraq tədbirlər keçiririlir. Xocalı soyqırımının 28-ci il dönümü ilə əlaqədər olaraq vətənə gələn Leyla xanım Xocalı faciəsinin qurbanlarını dərin ehtiramla yad etdi və vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət dilədi. Xocalıda baş verən vəhşətləri öz gözləri ilə görən o zaman hələ 14 yaşlı yeniyetmə qız olan Xocalı sakini Sevinc Vəliyeva 26 fevral gününü dərin kədərlə xatırlayaraq qeyd etdi ki, həmin gün onun həmçinin əmisi şəhid olur. Dəhşətli günün hafizəsindən silinməsinin qeyri- mümkün olduğunu bildirən Sevinc Vəliyeva hər il fevral ayında eyni hissləri yaşadığını dedi. Çıxışlarında Azərbaycan xalqınının başına gətirilən ,xüsusi amansızlıqla həyata keçirilən Xocalı soyqırımına səbəbkar erməni sovinistərinə və onların havadarlarına lənət oxundu. Tədbirdə həmçinin qeyd edildi ki, xalq olaraq bir daha bu müsibətləri yaşamamaq üçün rudan düşməməliyik. Tariximizi unutmamalı hər kəs bir vətəndaş kimi dövlətçiliyimizin möhkəmlənməsi və güclənməsi üçün əlimizdən gələni etməliyik.

Sonra “ZE AKADEMY” Tədris Mərkəzinin müəllim və tələbə heyyətinin hazırladığı kompozisiya tədqim olundu. Bədii rəhbərlər Nicat Mirqasımov, Carullazadə Carulla,Leyla Ənvərlinin  birgə hazırladığı kompazisiyada Xocalıda baş verən vəhşiliklər öz əksini tapırdı.

26 fevral gecəsi yaşananları olduğu kimi yansıdan tələbələrin çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Tələbələr Fatimə Şiriyeva, Lamiyə Məmmədova, Leyla Fətullayeva, Nəzrin Quluzadə, Nurlana Səmədzadə, Aygün Rzayeva,Şəbnəm Nəzərova və Ruslana Kərimlinin çıxışları da həmin gecəni ürək yanğısı ilə əks etdirirdi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin