Xocalı Soyqırımı qurbanlarının xatirəsi yad olundu

0
36

XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 28-ci ildönümü tamam olur. Bir əsrdə 3 dəfə yandırılan, yerlə yeksan edilən bu qədim şəhərin sağ qalan sakinləri indi ölkənin müxtəlif guşələrinə səpələniblər.

Azərbaycan xalqı hər il ənənəvi olaraq fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsini hörmətlə yad edirlər. Soyqırımın 28-ci il ildönümü ərəfəsində N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində tədbir keçirildi. Tədbiri məktəbin direktoru Cəmilə Əhmədova açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şəhidlərin xatirəsi bir dəqiqəqlik sükutla yad edildi. Şuşa Rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Xocalı soyqırımına siyasi qiymət verildiyini qeyd etdi. Bildirdi ki, Dövlət Başçısı İlham Əliyev Qarabağ probleminin sülh yolu ilə həlli üçün əllərindən gələni əsirgəmir.


“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Azərbaycan Xalq Cümhuriyyəti-100(1918-2018)” yubiley medalının və “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı, jurnalist Şamil Sabiroğlu 28 il öncə baş vermiş Xocalı soyqırımından danışdı. Ş.Sabiroğlu bildirdi ki, erməni terrorçuları və onların havadarları 1992-ci ilin fevralında ölkədə mövcud olan hərc-mərclikdən istifadə edərək Xocalı soyqırımını törətdilər. Ş,Sabiroğlu dedi: “Mən, məlum soyqırım haqda ölkə mətbuatında ilk məlumatı verən jurnalist kimi erməni terrorçularının dinc əhaliyə necə amansızlıqla divan tutduqlarının şahidiyəm. 12 il öncə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyini yaratdım. Məqsədim məlum soyqırımın tanıldılmasında , dünyaya çatdırılmasında Azərbaycan xalqına yardımçı olmaqdan ibarətdir.”
Xocalı Rayon icra hakimiyyətinin məsul əməkdaşı,müharibə veteranı Xəlil Vəliyev məktəbin rəhbərliyinə təşkilatçılığa görə öz təşəkkürünü bildirdi. Xocalı soyqırımı zamanı erməni terrorçuları tərəfindən girov götürülən şəhər sakini Valeh Hüseynov, əsir götürülən Hüseynağa Quliyev erməni zindanında başlarına gətirilən müsibətlərdən danışdılar. Hər iki valideynini itirmiş Xocalı sakinlərindən Xatirə Orucova və Şahin Əzimovun söylədiyi həqiqətləri tədbir iştirakçıları göz yaşları içərisində dinlədilər.


Rusiyanın Rostov-Don vilayətində yaşayan həmyerlimiz, həmçinin, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Rostovdakı nümayəndəsi Leyla Əhmədova da tədbirdə iştirak və çıxış etdi.


Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı, şəhid soydaşımız Tofiq Hüseynovun qızı Yasəmən Həsənovanın rəhbərlik etdiyi 3b sinfinin şagirdləri hazırladıqları ədəbi-bədii kompozisiyanı nümayiş etdirdilər.

Nübar Novruzova,
“medonlineaz” saytının xüsusi müxbiri,
Günay İlyasova,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi.
Bakı, 18.02.2020

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin