Seçkilərin qeyri-şəffaf təşkil edilməsinə görə məsuliyyəti birbaş Mərkəzi Seçki Komissiyası daşıyır

0
6

 

 Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilər davam edir. Məlum olduğu kimi, ölkə ərazisində 125 seçki dairəsi mövcuddur.Həmin dairələrdə 5573 məntəqə, həmin məntəqələrdə 5 milyon 329 460 seçicisi vardır. Qeydə alınmış 1314 nəfər deputatlığa  namizəddən   246 nəfəri siyasi partiyaların siyahıları ilə irəli sürülüb.  1057 nəfəri şəxsi təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır.  Təəssüf ki, bəzi namizədlər  öz qanundankənar hərəkətləri ilə gündəmi zəbt edirlər. Biz, hazırda Parlament seçkilərini müşahidə etmək məqsədilə Şabran rayonundayıq. 54 nömrəli Şabran-Siyəzən Seçki Dairəsində keçirilən seçkilərin saxtalaşdırılacağına dair faktlar var. Bölgədə Yeni Azərbaycan Partiyasının namizədinin daha çox səs toplaması üçün aidiyyəti dövlət orqanları qarşısında ciddi tələb qoyulub. Bəzi seçki məntəqələrinin rəhbərləri seçki bildirişlərinin əhaliyə paylanmasını düzgün qaydada təşkil etməyiblər. İcra orqanları Məntəqə seçki komissiyalarına davamlı təzyiq göstərirlər.   Həmin seçki dairəsinin 62 nömrəli məntəqəsində deputatlığa namizəd Sadiq Qurbanovun tərəfdaşları tərəfindən seçki bülletenlərinin toplu şəkildə seçki qutusuna atılması cəhdinin şahidi olduq. Ümumilikdə, əksər məntəqələrdə adlarının  qeyd olunmasını istəməyən və səs verən pedaqoji işçilər əslən Naxçıvandan olan, hazırda Bakı şəhərində yaşayan deputatlığa namizəd S.Qurbanovu dəstəkləyirlər. YAP-ın bu dairədən olan namizədi S.Qurbanovun deputat seçilməsi üçün dəridən-qabıqdan çıxan dövlət qurumlarının nümayəndələri bütün mümkün variantlara əl atırlar. 62 nömrəli Seçki məntəqəsində şahidi olduğumuz qanun pozuntusu bunun bariz nümunəsidir. 76 nömrəli Lənkəran-Astara Seçki dairəsinin məntəqələrindən birinin sədri şahidi olduğu qanunsuzluğu videogörüntüyə almaq istəyən müşahidəçiyə təzyiq göstərib. 47 nömrəli Mingəçevir seçki dairəsinin 21 saylı məntəqəsində 1 seçicinin bir neçə bülleteni seçki qutusuna atması halı 2020-ci il Parlament seçkilərinin “şəffaflığından” xəbər verir.

Dəyərli oxucular, seçkilərin bu formada təşkil edilməsinə görə məsuliyyəti birbaş Mərkəzi Seçki Komissiyası daşıyır.Xatırladırıq ki, əksər seçki dairələrində olduğu kimi, 54 nömrəli Şabran-Siyəzən seçki dairəsində də qanun pozuntuları sayı-hesabı yoxdur.

P.S.Mövzuya qayıdacağıq.

                                        Şamil Sabiroğlu,

             “Azərbaycan Xalq Cümhuriyyəti-100 (1918-2018)”

               yubiley medalının və “Tərəqqi” medalının mükafatçısı,

                müharibə veteranı, jurnalist. 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin