İlham Əliyev Vasif Talıbova “Şərəf” ordenini təqdim edib

0
48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

medonline.az xəbər verir ki, bu ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Vasif Talıbov 60 illik yubileyi münasibətilə “Şərəf” ordeni ilə təltif edilib. Bu gün Prezident İlham Əliyev “Şərəf” ordenini Vasif Talıbova təqdim etdi.

Vasif Talıbov 14 yanvar 1960-cı ildə Naxçıvan MSSR Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olmuşdur. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji Institutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.  Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlamış, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışmışdır.

Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici- iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmişdir. 1995-ci il aprelin 8-də keçirilən konfransında YAP Naxçıvan Muxtar Respublika təşkilatının sədri seçilmişdir.

Azərbaycan Respublikası I-IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I-IV çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir.

Vasif Talıbov Dünya Azərbaycanlılarının 1-ci qurultayında (Bakı, 9-10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.

Vasif Talıbov Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və «Naxçıvan abidələri» ensiklopediyasının redaksiya heyətinin sədridir.

Naxçıvan Dövlət Universitetinin və Gürcüstan Şota Rustaveli adına Dövlət Universitetinin fəxri doktorudur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Azərbaycan dövlət xadimi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin