Dünya üzrə koronavirusdan ölənlərin sayı 427-yə çatıb

0
4

Çində koronavirusun aşkar edilməmiş növünə (2019-nCoV) indiyədək yoluxanların sayı 20 min nəfəri ötüb. Bu virus səbəbindən ölənlərin sayı isə 426-dır. Ölüm hallarının 425-i Çinin materik hissəsində, biri isə Honkonq xüsusi inzibati bölgəsində qeydə alınıb.

medonline.az AZƏRTAC-a istinad edərək xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 23 min nəfərdən çoxdur. İndiyədək 655 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan 2 min 788 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Ölüm hallarının 414-ü virusun aşkarlandığı və ən çox yayıldığı (13 min 522 nəfər) Xubey vilayətində qeydə alınıb.

Virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 171 min nəfər müəyyən edilərək həkim nəzarəti altına alınıb.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya və İsveçdə, ümumilikdə 160-a yaxın adam virusa yoluxub. Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin