4 klub cərimə edildi

0
6
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
medonline.az Sportline.az-a istinad edərək xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XV turunda baş verənlər müzakirə olunub.
“Neftçi” – “Sumqayıt” oyununda meydan sahiblərinin oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna  görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Qonaq komandanın azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimələnib.
“Səbail” – “Qarabağ” oyununda qonaq komandanın 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
“Qəbələ”  – “Keşlə” oyununda isə qonaq komandanın 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin