0
35

medonline.az AZƏRTAC-a istinad edərək xəbər verir ki, Koronavirusa yoluxma şübhəsi ilə Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib. 1996-cı il təvəllüdlü Çin vətəndaşı sonuncu dəfə yanvarın 19-da Çində olub. Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq.

 

Məlumata görə, 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Çində təhsil alır. “Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, buna baxmayaraq, inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq.

Xüsusi tibb müəssisəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar”, – nazirlikdən bildirilib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin