20 yanvar faciəsindən 30 il ötür

0
166

Bu il xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 30 ili tamam olur. 20 Yanvar Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan bir gün kimi hər il qeyd edilir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet ittifaqının ordu hissləri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş dinc əhaliyə divan tutulmuş, yüzlərlə soydaşımız qətlə yetirilmişdir. Sovet qoşunlarının hərbi təcavüzü nəticəsində 146 nəfər həlak olmuş, 744 nəfər yaralanmışdı. Qabaqcadan hazırlanmış bu təcavüzkarlıq aksiyanın məqsədi isə Azərbaycan xalqının azadlıq mübarizəsini boğmaq, xalqı təhqir ederək mənəvi zərbə vurmaq idi.
Biz “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu, “Yeni Yurd” sosial inkişaf ictimai birliyinin sədri Mahirə Əsədova və ictimai birliklərin fəalları adından 20 Yanvar faciəsinin səbəbkarlarını lənətləyir, faciə qurbanlarının əziz xatirəsini yad edir, ruhları qarşısında baş əyərək Allahdan rəhmət diləyirik. Biz sizləri unutmadıq! UNUTMARIQ!

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin