Şamil Sabiroğlu “Medica Hospital”ın əməkdaşlarına təşəkkür etdi

0
39

Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi və Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri ictimai birliyi Nizami (Bakı) Filialının birgə təşkilatçılığı ilə 2019-cu il noyabr ayının 30-da keçirilən sünnət mərasiminə dəstək göstərən “Medica Hospital”ın sahibi Vüqar Cəfər oğlu Tarquliyev, baş həkim, tibb üzrə fəlsəfə doktoru, cərrah Abasət Hüseynəliyev, Poliklinika şöbəsinin müdiri, 2 şəhidin bacısı Məhəbbət Sabir qızı Paşayevaya, Klinikanın Cərrahiyyə şöbəsinin müdiri, anestizioloq-reanimotoloq Gündüz İbadov, Uzman cərrah İlkin Həşimov, uşaq həkimi İlhamə Rüstəmbəyli, Klinikanın baş tibb bacısı Samirə Ağacanovaya, Klinikanın Cərrahiyyə blokunun baş tibb bacısı Nigar xanıma, Məlahət xanıma, həmçinin, adlarını bilmədiyim digər zəhmətsevər insanlara bir daha təşəkkür edirik.


Biz, Sizin kimi yaxşı insanlarla dostluq və əməkdaşlıqdan qürur duyuruq.

Şamil Sabiroğlu, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, müharibə veteranı, jurnalist.

Bakı, 11.01.2020.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin