“Real” Madrid İspaniya Super Kubokununun yarımfinal görüşündə “Valensiya”nı məğlub edib.
medonline.az sportline.az-a istinad edərək xəbər verir ki, Ciddə şəhərində “Kinq Abdullah Sports City” stadionunda keçirilən oyun “Real”ın 3 -1 hesablı qələbəsi ilə nəticələnib.
Madrid komandasından qolları Toni Kros, İsko və Luka Modriç vurub.
“Valensiya”nın isə yeganə qolunun müəllifi Daniel Parexo olub.
“Real”ın finaldakı rəqibi yanvarın 9-u “Barselona” – “Atletiko” matçında müəyyənləşəcək.
Turnirin final görüşü yanvarın 12-də keçiriləcək.